Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrənin Cenevrə şəhərindəki görüşü təxirə salınıb.
Modern.az Rusiyanın “RİA Novosti”na istinadən xəbər verir ki, görüş sabaha- oktyabrın 30-a planmlaşdırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.
Xatırladaq ki, Zoqrab Mnatsakanyan və Ceyhun Bayramov Minsk qrupunun iştirakı ilə cəbhədə yaşanan gərginliyi müzakirə edəcək.