Arxiv
7 Noyabr 2020, 15:12 | REPORTAJ
İki oğlu şəhid olan Zeynəb ana: “Əsgər balalarıma kömək üçün Orduya yazıldım”

Hazırda davam edən İkinci Qarabağ savaşında Azərbaycan Ordusu böyük qəhrəmanlıqla vuruşur. Bütün azərbaycanlılar yumruq kimi birləşərək, bu möhtəşəm döyüşə dəstək olmağa çalışırlar. Hər kəs Ordumuzun qələbəsində onun da payı olsun deyə əlindən gələni edir. Elə iki oğlunu Vətənin bütövlüyü, torpaqlarımızın düşmən tapdağından azad edilməsi yolunda itirən Şəhid anası Zeynəb ana da vuruşan əsgərlərə yardım etmək möhtəşəm bir addım atıb. Zeynəb ana öz oğlanları kimi cəbhədə döyüşən əsgər balalarına yardım etmək niyyətilə səfərbərlik üçün qeydiyyatdan keçib.


Zeynəb ananın böyük oğlu 1992-ci ildə, ikinci övladı isə 2016-cı ilin aprel döyüşlərində şəhid olub.


O, Modern.az-ın əməkdaşı ilə söhbətində xalqımızın başına müsibətlər gətirən ermənilərə nifrətinin illər keçsə də soyumadığını, gündən-günə artdığını söyləyib. Şəhid anası fikirləri ilə sanki bütün anaların ürəyindəki hissləri ifadə edib. Zeynəb ananın saytımıza müsahibəsini təqdim edirik:


- Zeynəb ana, müharibə şəraitindəyik və xalqımız birlik olub, orduya yardım edir. Sizin addımınız da böyük təqdirlə qarşılandı. Şəhid anası olaraq hansı hissləri keçirdiyinizi sizin dilinizdən eşitmək istəyərdik...

Mən iki şəhidin anasıyam. Birini 1992-ci ildə, o biri oğlumu isə 2016-cı ildə baş verən Aprel döyüşlərində itirmişəm. Aprel döyüşlərində itirdiyim oğlum, kapitan Vaqif Bayramov evli idi və 3 uşağı vardı. İki balamın ölümünə səbəb olduqları üçün erməniyə ölənə qədər kin bəsləyəcəm. Mən yaşlı da, şil də, topal da olsam, cəbhədə mənim oğlanlarım kimi şücaətlə vuruşan əsgərlərimizə yardım edəcəyəm. Tibb bacısıyam, cəbhəyə gedə bilsəm, oradakı yaralı əsgərlərimizə tibbi yardım edə bilərəm. Tək bu deyil, nə iş tapşırsalar görərəm.


- Sizin kimi övladı şəhid olan yüzlərlə, minlərlə şəhid anası var. Onlara necə təsəlli verərdiniz?

- Mən onlara bircə söz deyə bilərəm, övladımız Vətənimiz uğrunda şəhid olub, bizim alnımız açıq, üzümüz ağdır. Gözümüzün nuru ilə böyütdüyümüz oğlanlarımız oğurluqda, quldurluqda yox, Vətən uğrunda canlarından keçiblər. Ona görə, mən özümə fərəh bilirəm ki, elə oğulların anasıyam. Elə mənim kimi bütün şəhid analarına da səslənirəm: həmişə fəxr edin ki, Şəhid anasısınız, təki Vətən sağ olsun!


- Azərbaycan xalqı bu günlərdə yumruq kimi birləşib, orduya dəstək olur. Şəhid ailələrinə, cəbhədə döyüşən əsgərlərimizin valideynlərinə, yaxınlarına da hər kəs yardım etməyə çalışır. Xalq olaraq, bu birliyimizi necə qiymətləndirirsiniz?

Biz ordumuza, dövlətimizə minnətdar olmalıyıq ki, torpaqlarımızı azad edir, bayrağımızı ucaldır. Bayrağımız hər zaman ucalarda dalğalansın. Bu gün birlik günüdür və biz yumruq kimi birləşib, ordumuzun yanında olmalıyıq. Gələcək nəsil üçün əsgərlərimiz çox gözəl tarix yazır.


Fidan İlqarqızı  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Uşaqları lazımsız yerə repetitor yanına göndərirlər” - Nazirdən irad 5 Dekabr 2020, 22:43 MOSSAD İranın “atom bombasının atası”nı 27 il izləyib 5 Dekabr 2020, 22:28 Türkiyədə lider büdrədi, “Qalatasaray” zirvəyə şərik çıxdı 5 Dekabr 2020, 22:12 Çində partlayış - onlarla ölən var 5 Dekabr 2020, 21:58 Paris qarışdı - maşınlar yandırlır, mağazalar talan edilir 5 Dekabr 2020, 21:42 Koronavirus qripdən necə fərqlənir? 5 Dekabr 2020, 21:28 Düşmən əsgərləri Hadrut ətrafındakı meşəliklərdə gizlənir 5 Dekabr 2020, 21:15 Kürdəmirdə maşın aşdı 5 Dekabr 2020, 21:00 Parisdə gərginlik - etirazçılar polisi daşa tutdu 5 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 5 Dekabr 2020, 20:35 Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi 5 Dekabr 2020, 20:19 Akar Türkiyə silahlarının Qarabağ müharibəsinə təsirindən DANIŞDI 5 Dekabr 2020, 20:04 Nələr gizlədər döyüşçü ürəyi... 5 Dekabr 2020, 19:36 Bakıda çoxmərtəbəli bina yandı - 12 nəfər təxliyə olundu 5 Dekabr 2020, 19:22 Müxalifət Paşinyana istefa üçün vaxt verdi 5 Dekabr 2020, 19:15 Sarkisyan Paşinyanı xain adlandırdı 5 Dekabr 2020, 18:16 Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO 5 Dekabr 2020, 17:52 İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncədə - FOTOLAR 5 Dekabr 2020, 17:37 Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır” 5 Dekabr 2020, 17:26 Kəlbəcərin füsunkar təbiəti FOTOLARDA 5 Dekabr 2020, 17:10 İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?