Modern.az

“Məkkə ziyarətində prezidentimiz İlham Əliyev atasının arzularını eşitdi” - Hadi Rəcəbli

“Məkkə ziyarətində prezidentimiz İlham Əliyev atasının arzularını eşitdi” - Hadi Rəcəbli

10 Noyabr 2020, 13:26

“Ulu öndərimizlə Məkkə ziyarətində, Kəbə evinin içərisində olmuşam. Onun dua edərkən “Allah, bizim Qarabağ problemimizi həll et” dediyini eşitmişəm. Mən ulu öndərin tarixi sözlərinə şahidlik etmişəm”.


Bu sözləri Modern.az-a açıqlamasında sabiq deputat Hadi Rəcəbli deyib.


Hadi Rəcəbli bildirib ki, həmin tarixi səfərdə İlham Əliyev də olub:


“Cənab prezidentimiz İlham Əliyev atası Heydər Əliyevin arzularını eşidirdi. Təbii ki, bir oğul kimi atasının arzularını gerçəkləşdirmək yolunda əzmlə çalışırdı. Ali Baş Komandanın bu illər ərzində gördüyü işlər reallaşdı. Qarabağ  azadlığına qovuşdu. Ən əsası da ulu öndərin bu gün ruhu şaddır. Çünki İlham Əliyev bir oğul kimi atasının vəsiyyətini yerinə yetirmiş oldu. Yaşasın Azərbaycan ordusu! Yaşasın, Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi