Modern.az

Telekanallara çıxarılan ekspertlərə ciddi irad: Stepanakert yox, Xankəndi

Telekanallara çıxarılan ekspertlərə ciddi irad: Stepanakert yox, Xankəndi

11 Noyabr 2020, 12:41

"1991-ci ildə Azərbaycan Milli Məclisi yer adlarını dəyişdirib. Azərbaycan auditoriyası üçün Xankəndi şəhərinin adı "Stepanakert" şəklində təqdim oluna bilməz."

Bu sözləri Modern.az-a açıqlamasında teletənqidçi Qulu Məhərrəmli televiziya verilişlərində iştirak edən politoloqların, tanınmış şəxslərin Xankəndi, Ağdərə, Suqovuşan kimi yaşayış məntəqələrinin erməni adları ilə təqdim olunmasından danışarkən deyib:

"İndiki halda Azərbaycan auditoriyası üçün bu adlar Xankəndidir, Suqovuşandır, Ağdərədir. Çünki 1991-ci ildə Azərbaycan Milli Məclisi yer adlarını dəyişdirib. Buna görə də Stepanakert, Madagiz yox, Xankəndi Suqovuşan və s. deyilməlidir.

Əgər beynəlxalq auditoriya Rusiya, Ermənistan digər ölkələr üçün müsahibə verilərsə, bu adları paralel demək olar. Amma bizim izahlarda, məqalələrdə, verilişlərdə adlar düzgün işlədilməlidir".

Q.Məhərrəmli bildirib ki, televiziyalar da onlara nə isə deyə bilməz. Televiziyada danışan tanınmış şəxslər, politoloqlar özləri bilməlidir, təlimatlandırılmalıdırlar ki, adları necə ifadə etsinlər:

"Televiziya da çıxışa gələn şəxslərə adətən redaktorlar müəyyən tövsiyələr verirlər, o tövsiyələrdən biri də azad olunmuş ərazi adlarımızın necə deyilməsi ola bilər. Bunun üçün kimsə kənardan müdaxilə edə bilməz. Nə Milli Televiziya və Radio Şurası (MTRŞ), nə də ki digər qurumlar. Televiziya verilişlərində də  savadlı, səviyyəli insanlar iştirak edirlər, onlar bilməlidir ki, bu sözlər necə ifadə olunur".

Mehri QURBAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi