Modern.az

UNEC-in əsgər TƏLƏBƏSİ: “Qələbəmizi yoldaşlarımla Şuşada qeyd etdim”

UNEC-in əsgər TƏLƏBƏSİ: “Qələbəmizi yoldaşlarımla Şuşada qeyd etdim”

16 Noyabr 2020, 13:00

Bu günlərdə xalqımız rəşadətli Azərbaycan Ordusunun bizə yaşatdığı qələbə sevincinə köklənib. Bu qürurlu sevinci bizə yaşadan əsgərlərimizə təşəkkür edir, şəhidlərimizin ruhu qarşılarında baş əyirik.


İkinci Qarabağ Müharibəsində düşmənə qarşı qəhrəmanlıqla döyüşən əsgərlər sırasında Qubadlı rayon sakini, UNEC-in Biznes və Menecment fakültəsinin tələbəsi Ceyhun Əsədov da var


Əsgər Ceyhun Əsədov döyüş zamanı yaşadığı hissləri Modern.az-la bölüşüb:


“2001-ci il aprelin 16-da anadan olmuşam. Uzun illər arzum bu olub ki, doğma torpağım Qubadlını yağı düşməndən geri alım. Bu günə qədər o istəklə böyümüşəm. Məktəb vaxtı işğal olunmuş torpaqlarımızla bağlı tədbirlərdə iştirak edib, öz duyğularımı az da olsa bildirmişəm. Ermənilərin xalqıma, millətimə etdiyi zülmü böyüdükcə anladıqca, onlara qarşı kinim, nifrətim daha da artıb.

 

Müharibənin başladığını eşidəndə bir anlıq özümü cəbhə bölgəsində hiss etdim. Uşaqlıqdan xəyallarını qurduğum doğma torpaqlarımıza geri dönmək vaxtının çatdığını düşündüm”.

 

C.Əsədov ölkə başçısının çağırışı ilə cəbhəyə könüllü yazıldığını söyləyib:

 

“Döyüşlər başlayanda ilk işim cəbhəyə könüllü yazılmaq oldu. Bir müddət sonra könüllülər avtobusu ilə cəbhəyə yollandıq. Qubadlı, Cəbrayıl, Hadrut ərazilərində vuruşdum. Xəyallarımız artıq gerçək oldu. Azərbaycan Ordusu ermənilərə divan tutdu. Əks-hücum əməliyyatları nəticəsində qarşı tərəf ağ bayraq qaldırıb, təslim oldu.

 

Nəhayət, noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya görə, Ermənistan Silahlı Qüvvələri dekabrın 1-ə kimi torpaqlarımızı tərk edəcək.

 

Bu qələbəmizi əsgər yoldaşlarımızla Şuşada qeyd etdik.

 

Gözünüz aydın olsun, Azərbaycan xalqı!”.


Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir