Modern.az

Yağış Bakının yollarında hərəkəti iflic etdi - Avtobuslar GECİKİR - FOTOLAR

Yağış Bakının yollarında hərəkəti iflic etdi - Avtobuslar GECİKİR - FOTOLAR

17 Noyabr 2020, 08:59

Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, hazırda aşağıda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

- H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol;

- Q.Qarayev prospekti;

- H.Zərdabi küçəsi 20 Yanvar dairəsi istiqaməti;

- Z.Bünyadov küçəsi 20 Yanvar dairəsi istiqaməti;

- Ü. Hacıbəyov küçəsi;

- Ə. Yaqubov küçəsi Bayıl dairəsi;

- A. Şərifzadə küçəsi;

-M. Füzuli küçəsi.

Qurum rəsmisi bildirib ki, yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meterioloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik. Xüsusi ilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılmasının zəruridir".

 




Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir