Modern.az

Paşinyan hökumətin 80%-ni istefaya göndərəcək – Ermənistan mətbuatı

Paşinyan hökumətin 80%-ni istefaya göndərəcək – Ermənistan mətbuatı

Dünya

18 Noyabr 2020, 11:08

Ermənistan baş naziri Nikol Paşinyan hökumətdə ciddi kadr dəyişikliklərinə hazırlaşır.

 

Modern.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə məlumat verib.

 

İstefaya göndəriləcək şəxslər sırasında əmək və sosial problemlər naziri Zarui Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan və onların müavinləri daxildir.

Hərbi vəziyyət dövründə effektiv fəaliyyət göstərməyən bu şəxslərin istefa verməsi gözlənilir. Onların yerinə cəmiyyətdə nüfuzu olan kadrların gətirilməsi və bununla da ölkədəki etiraz ab-havasının zəiflədilməsi nəzərdə tutulur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır