Modern.az

ABŞ Konqresindən Rusiyaya qarşı SANKSİYA

ABŞ Konqresindən Rusiyaya qarşı SANKSİYA

19 Noyabr 2020, 01:02

ABŞ Konqresinin Nümayəndələr Palatası Aleksey Navalnı ilə yaşanan insidentlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi barədə qətnamə qəbul edib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, qətnamə təklif xarakterlidir.

Qanunvericilər sadəcə bu məsələdə öz mövqelərini bildirirlər və administrasiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.

 

Lakin ABŞ hökuməti bu cür qətnamələri qəbul etməyə də bilər.

 

Digər məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın G7 qrupunun görüşlərində iştirakının və Rusiyanın iştirakı ilə G8 formatının bərpasının qarşısını almağa yönəlmiş qanun layihəsi qəbul edib.

 

Bu sənəd “G7 sammitlərində Rusiyanın iştirakının və ya Rusiya Federasiyasının iştirakı ilə G8-in bərpasının dəstəklənməsi və ya asanlaşdırılması” üçün Vaşinqton administrasiyası tərəfindən federal fondlardan istifadənin qadağan olunmasını nəzərdə tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir