Modern.az

Ekspert: “2021-ci ildən bütün tarix dərslikləri dəyişəcək”

Ekspert: “2021-ci ildən bütün tarix dərslikləri dəyişəcək”

19 Noyabr 2020, 16:17

Tarix kitablarında məzmun, dizayn və mövzulara yanaşma dəyişikliyi olacaq. Dəyişikliyə daha çox 5, 9 və 11-ci siniflər məruz qalacaq. Çünki bu siniflərə aid olan dərsliklər XXI əsrin 2020-ci ilinə qədər olan hadisələri özündə əks etdirir.

Bu sözləri Modern.az-a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, birinci dəyişiklik dizayn dəyişikliyi olacaq, dərsliklərin üzərində qəhrəmanlarımızın şəkilləri yer alacaq:


“Təhsildə Araşdırma və İnkşaf Mərkəzi olaraq təklif etmişik ki, dərsliklərin üz qabığında qəhrəmanlıq simvoluna çevrilən topçu Vüsal Şahkərimovun fotosu olsun. 44 günlük müharibədə qəhrəmanlıq göstərmiş digər bütün əsgərlərimiz haqqında da dərsliklərin içərisində məlumatlar olacaq”.

K.Əsədov bildirib ki, bizim tarix dərsliklərimiz bu günə qədər daha çox işğal edilmiş ərazilər barədə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində, eyni zamanda müdafiə konveksiyası əsasında tədris materiallarını qurmuşdu:

“Bu günə qədər olan dərsliklər müdafiə prinsipi əsasında qurulmuşdusa, indi bu prinsip müəyyən qədər dəyişəcək. İstifadə olunan gündəliklərdə, dərsliklərdə torpaqlarımızın işğal tarixi yazılırdısa, artıq bundan sonra işğaldan azad olunan tarixlər yazılacaq”.


Mehri QURBAN

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi