Arxiv
20 Noyabr 2020, 16:46 | PARLAMENT
Qarabağ yenidən cənnəti-məkan olacaq

Qalibiyyətin, mənəvi ruh yüksəkliyinin doğurduğu hissləri sözlə ifadə etmək həqiqətən asan deyil.

 

Hər birimiz şəxsi həyatımızda hansısa uğura imza atanda bunun sevincini yalnız doğmalarımızla, yaxın ətrafımızla bölüşürük. Təsəvvür edin, indi isə ölkəmiz sevinc içərisindədir.

 

Mənsub olduğumuz xalq qalibdir, haqq savaşında qələbə qazanan Dövlətin vətəndaşlarıyıq!

 

Azərbaycanda artıq elə bir ailə yoxdur ki, üzü gülməsin. Hər evdə alqış edilir. Bu alqış Ali Baş Komandanımıza, Müzəffər Ordumuza, əsgər və zabitlərimizədir. Allah Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin.

 

Köküm işğaldan azad etdiyimiz Qubadlı rayonundandır. Rəhmətlik atam Qubadlının Mahmudlu kəndində anadan olmuşdu. 2016-cı ildə Bakıda dünyasını dəyişdi. Elm adamı, professor idi.

 

Özünə görə Bakıda gün-güzəran qurmuşdu, heç kimin, biz övladlarının maddi dəstəyinə də ehtiyacı yox idi. Ən böyük arzusu isə Qubadlıya qayıtmaq, orada yaşamaq idi. Allah dörd il möhlət versəydi, arzusunun gerçəkləşdiyini görərdi. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun qələbəsi imkan verdi ki, atamın vəsiyyətini yerinə yetirim, Qubadlının torpağını onun məzarındakı torpağa qatım, ruhunu sevindirim.

 

Bu gün füsunkar Qarabağımızın gözəl guşələrindən biri də - Ağdam düşmən tapdağından azad olundu. Torpaqlarımız qarış-qarış erməni işğalından azad edildikcə, milli kimliyimizin və milli qürurumuzun toxunulmazlığını bütün dünyaya sübut edirik. Bu hiss Vətənin, torpaqlarımızın  bütövlüyündən, birliyimizdən keçir. Ağdam camaatı arasında xeyli tanışlarım var. Dədə-baba torpaqlarına qovuşmaları münasibətilə onların hər birini ürəkdən təbrik edirəm. Ağdamdan olan dostlarımı isə fərdi qaydada artıq təbrik etmişəm. Onlardan bir çoxunun söylədikləri bilirsiniz nə oldu? Dedilər ki, ərazi minalardan təmizlənsin, doğmalarımızın məzarlarını dini qaydalarımıza uyğun olaraq dədə-baba torpağımıza köçürəcəyik. Ermənilər isə meyitlərini çıxarıb özləri ilə aparırlar. Çünki, bilirlər ki, bu torpaqlar heç vaxt onlarınkı olmayıb, deyil və olmayacaq. Bir də bu torpaqlara qayıtmayacaqlar. Fərq və tarixi ədalətin təntənəsi budur.

 

Prezident İlham Əliyev xalqımıza bugünkü müraciətində xülya ilə yaşayan Ermənistanın siyasi-hərbi rəhbərliyinə və erməni separatçılarına sonuncu ismarıcını göndərdi:

 

“İndi yenə mələyə-mələyə, sürünə-sürünə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin... Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz”.

 

Xalqımızı isə qarşıda böyük quruculuq-abadlıq işləri gözləyir. Çünki, Azərbaycan xalqının məramı yaranışından budur. Ali Baş Komandanımız, Prezident İlham Əliyev dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz Milli Qürurunu, Vətənini, torpağını qorumağa qadirdir. Çox keçməz, onu da görərlər ki, Qarabağda erməni vandallığının yerində yenidən cənnəti-məkan yaradılıb. Allah köməyimiz olsun!

 

 

Milli Məclisin deputatı

Ülvi Zahid oğlu Quliyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?