Modern.az

Koronavirus infeksiyası yayan xəstəyə cinayət işi açıldı

Koronavirus infeksiyası yayan xəstəyə cinayət işi açıldı

Aktual

24 Noyabr 2020, 10:03

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

 

Sabirabad rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, rayon sakini 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlunun 11 noyabr 2020-ci ildə “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 23 noyabr 2020-ci ildə idarə etdiyi "QAZ-3110" markalı avtomobillə hərəkətdə olarkən xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postda saxlanılaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyənləşib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Sabirabad rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı