Modern.az

Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI

Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI

25 Noyabr 2020, 19:30

Ermənistanın keçmiş XİN rəhbəri, 1994-1997-ci illərdə Ermənistan prezidentinin Qarabağ üzrə köməkçisi Jirayr Liparityan münaqişənin hazırkı vəziyyəti ilə bağlı açıqlamalar verib.

Modern.az Liparityanın Qarabağ münaqişəsi barədə fikirlərini təqdim edir.

                  

“Biz Ermənistan tarixinin çox çətin dövrünü yaşayırıq. Bu qaranlıq tuneldən çıxış yolu tapmazdan öncə, nələrin və nə üçün baş verdiyini anlamalıyıq.

Biz uduzduq çünki:

 

Reallığa açıq baxmayaq yerinə, 2 il ərzində bizim liderlər öz təsəvvürlərini partiya, şəxsi və siyasi prinsiplər üzərində aparırdı.

 

Biz güclər balansındakı dəyişikliyin bizim xeyrimizə olmadığını anlamalı, vaxtın bizim xeyrimizə işləmədiyin nəzərə almalıydıq.

 

Biz yaxşı əhval-ruhiyyəmizi strateji düşüncə ilə səhv salırdıq.

 

Baş nazir 7 rayonu vətəndaşlarımızın dinc şəraitdə yaşamasına qarşılıq qaytarmaq istəmirdi.

 

Şərq, Qərb, Cənub və Şimal 20 ildən çox vaxt ərzində Qarabağın müstəqilliyini tanımayacağını və Ermənistanın 7 rayonu işğal altında saxladığını bildirirdi.

 

Azərbaycan həmişə bu rayonlar uğrunda müharibəyə gedə biləcəyini söyləyirdi.

 

Biz müharibədə uduzan məqamda Qərbdən Qarabağı tanımasını istəməyə başladıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır