Arxiv
26 Noyabr 2020, 15:18 | REPORTAJ
Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: “Elə bilirdim bacımı oğurlayacaqlar”

Hər anın öz hökmü var deyib atalarımız. İllər əvvəl Kəlbəcəri tərk edərkən qucağında tutduğu bacısı ilə çəkilən fotosu dünyanı dolaşan qızla işğal günlərindən danışanda, bir gün ona gözaydınlığı üçün zəng edəcəyimiz ağlımıza belə gəlməzdi. Bəlkə də şablon olaraq, “İnşallah, Kəlbəcər işğaldan azad edilər” ifadəsinin fərqinə varmadan sağollaşmışdıq Həyat xanımla...


Düz 27 il əvvəl, Kəlbəcər işğal olunarkən ata-anasınından ayrı düşən iki qızcığazın fotosu Kəlbəcərin simvoluna çevrildi.


Fotodakı nisbətən böyük olan bacı 1 yaşı tamam olmayan bacısını iki gün qucağından yerə qoymur. Sanki əlindən yerə
qoysa, bacısını oğurlayacaqlar kimi düşünür.


Bir neçə il əvvəl Modern.az olaraq bu şəkildəki qızları tapdıq, onlardan müsahibə aldıq. İndi isə ötən illəri xatırlayaraq, Kəlbəcərin azadlığından danışdıq. Bacısı ilə şəklinin dünyanı gəzdiyini, artıq bu fotonun tarixə çevrildiyini bildirdik.

 

Həyat Bayramova Kəlbəcərin işğaldan azad edilməsilə bağlı Modern.az-a danışarkən sevinc gözyaşlarına boğuldu:

 

“Heç bilməzdim ki, o şəkil bu qədər məşhur olacaq. O zaman elə müsibət anlar idi ki, şəkil yada düşmürdü. Biz Kəlbəcərə qayıdanda bacımla yeni şəkil çəkdirib sizə yollayacağıq. Həmin şəkli də dünyaya yayarsınız”.

 

“Hər gün yaralı əsgərin toxunduğu bayrağa baxıb ağlayıram...”

 

“Siz inanırsınızmı ki, noyabrın 10-dan - bu xəbər çıxandan mən gecə-gündüz yatmıram, sevincimin həddi-hüdudu yoxdur. İllərdir bu günün həsrətilə yaşayıram. Evimdə yaralı əsgərimizin tutduğu bayraq var. Hansı ki, Murovdağ silsiləsində olanda həmin bayrağı sancan əsgərimiz yaralanıb. O bayrağı məktəb direktorumuz mənə verdi. İnanın, hər səhər evi təmizləyə-təmizləyə yaralı əsgərimizin toxunduğu o bayrağa baxıb ağlayıram”.

 

“Şükür, Şəhidlərimizin qanı yerdə qalmadı...”

 

Danışdıqca sevincdən gözyaşlarına hakim ola bilməyən Həyat xanımın arzusu o bayrağı aparıb ana yurduna öz əlilə sancmaqdır:


“İnanın, sevincdən dilim söz tutmur danışmağa. Axşam hərbçi olan yaxın qohumum zəng edib ki, “İstisu”dadır. Deyirəm nə olardı, məni də aparardın özünlə. Deyir inaşallah, sən gələn günlər də olacaq.

Mənim birinci arzumdur Kəlbəcərə qayıtmaq. Bütün əsgərlərimizi Allah qorusun. Allah bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevi qorusun. Hər birimiz ona minnətdarıq. Bütün Şəhid analarının qarşısında baş əyirəm, Allahdan onlara səbr arzu edirəm. Şükür ki, Şəhidlərimizin qanı yerdə qalmadı”.

 


“Arzum hərbi formada Kəlbəcərə qayıtmaqdır...”

 

Hazırda Goranboyun Buzluq kəndində yaşayan kəlbəcərli xanımın bir arzusu var, hərbi formada vətənə qayıtmaq:


“Bircə istədiyim budur ki, hərbi formanı geyinib öz doğma vətənimə gedim. Heç olmasa evimizin yerini tapım, orda oturub əlimi Allaha açıb şükür edim.

Sevincimin həddi-hüdudu yoxdur. Mən bu uçuq evdə min bir zülmlə, əzabla 3 bala böyütmüşəm. Uçuq daxmanın altında bu günü gözləmişəm. Gözləmişəm ki, Ana Vətənimə, doğma torpağıma qayıdacam”.

 

“Əsgərlər evcik qurduğum yerə gedirlər...”

 

Hazırda 20, 16, 8 yaşında iki qız, bir oğul sahibi olan ana uşaqlıq xatirəsində qalan Kəlbəcərə onlarla birgə qayıdacağı günü gözlədiyini deyir:


“Axşam xəbərlərdə əsgərlərimizin Toğana-Kəlbəcər yolunda irəlilədiyini göstərən kadrlara baxanda, oğlum Nihada deyirəm ki, indi əsgərlərimiz mənim balaca vaxtı evcik qurub oynadığım, anadan olduğum yerə gedirlər. Uşaq ağlı ilə deyir, ana, eviniz orda durur? Deyirəm yox, deyir indi gedəndə məni aparmayacaqsan özünlə, həmişə “İstisu”, “İstisu” deyirsən, bəs aparmayacaqsan məni orda çimməyə?

Deyirəm aparacam, inşallah, mən üç balamla birlikdə qayıdacam Kəlbəcərə”.

 

“Təki ömür vəfa etsin...”

Həyat Bayramova deyir ki, şəkildə qucağında tutduğu bacısı Fatimə hazırda Gəncədə yaşlı ata-anası ilə birlikdə yaşayır:


“Hamımızın arzusu Kəlbəcəri yenidən görməkdir. Atam-anam 70 yaşındadırlar. Atam şəkər xəstəsidir, anamın təzyiqi var. Allah ömür verər, qismət edər, inşallah, onlar da qayıdarlar. Kim vətəninə, elinə qayıtmaq istəməz ki? Təki ömür vəfa etsin, gedib o yerləri yenidən görsünlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramiz Mehdiyev Yaqub Mahmudovu işdən ÇIXARDI 22 Yanvar 2021, 17:54 "Ali təhsil haqqında" qanunun hazırlanması müzakirə olundu 22 Yanvar 2021, 17:44 2027-ci il yeni Şuşanın dünyaya təqdim ili olsun!” - Erməni sərsəmləmələrinə son zərbə 22 Yanvar 2021, 17:38 Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə 22 Yanvar 2021, 17:32 Azərbaycanda daha bir vəkil vəfat etdi 22 Yanvar 2021, 17:26 Parlamentdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək 22 Yanvar 2021, 17:20 Keçmiş nazir yeni vəzifəyə təyin olundu 22 Yanvar 2021, 17:15 Türkiyə hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı 22 Yanvar 2021, 17:10 Texniki Universitetdə yeni prorektor TƏYİNATI 22 Yanvar 2021, 17:05 Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO 22 Yanvar 2021, 17:00 Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir 22 Yanvar 2021, 16:55 Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO 22 Yanvar 2021, 16:50 Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib 22 Yanvar 2021, 16:45 Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı 22 Yanvar 2021, 16:40 Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52