Arxiv
28 Noyabr 2020, 10:24 | MƏDƏNİYYƏT
Ermənilər azərbaycanlı qəhrəmanın büstünü belə dağıdıblar - FOTO

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan minlərlə obyekt yerlə-yeksan olunub.

Modern.az-ın məlumatına görə, onlardan biri də Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyidir. Muzey Cəbrayıl rayonunun mərkəzində yerləşirdi.

Vaxtilə Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi fəaliyyət göstərmiş ev müzeyi Cəmil Əhmədovun xatirəsinin əbədiləşdiriliməsi, ona aid məlumat və eksponatların toplanılması, sərgilənməsi məqsədilə açılmışdı.


Qeyd edək ki, Cəmil Əhmədov Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədlinin böyük qardaşı olub.

Cəmil Əhmədov İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçib.

O, 1924-cü ildə Cəbrayıl rayonunun mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduya xidmətə getmişdi. Cəmil Əhmədov 18 yaşında  cəbhəyə yollandı, 20 yaşında qəhrəman oldu.

O, İrkutsk-Pinsk diviziyasında vuruşub. Sovet İttifaqı Qəhrəmanı oluncaya qədər “Aleksandr Nevski”, “Qırmızı ulduz” ordenləri almışdı. Qvardiya leytenantı olub. Leytenant rütbəsi aldıqdan sonra Belarun alman faşistlərindən azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdi.

1944-cü ildə, Belorusda, Prujinitsa adlı yaşayış məntəqəsində düşmən müdafiəsini yarmaq uğrunda döyüşlərdə Cəmilin atıcılar vzvodu böyük hünər göstərdi, o özü on hitlerçini məhv etdi. İkinci gün, Kupyatiçi yaşayış məntəqəsi uğrunda döyüşdə Cəmil üç dəfə yaralandı, amma döyüş meydanını tərk etmədi. 

Cəmil Əhmədovun komandir olduğu bölmə Belarusda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdi.

Bundan iki ay sonra Polşada, Narev çayı sahilində, Zalupitsa yaşayış məntəqəsini azad etmək uğrunda döyüşdə yenə, bu dəfə dörd dəfə yaralandı. 1944-cü ilin 6 oktyabrında Polşa ərazisində qəhrəmancasına həlak oldu və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edildi.

Onu da nəzərə alaq ki, Sovet hökumətinin hər azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adını verməyə əli qalxmırdı. Gör, C.Əhmədov necə igidlik göstərmişdi ki, Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdi.

C.Əhmədov 24 mart 1945-ci ildə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.

Cəmil Əhmədovun xatirə muzeyinin açılışı 1985-ci ilin may ayında II Dünya Müharibəsində faşizm üzərində qələbənin 40-illik yubileyi münasibəti ilə baş tutmuşdu. Xatirə muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə rayonun ən qədim təhsil ocağı hesab edilən Cəmil Əhmədovun adına olan orta məktəbin  həyətyanı sahəsində inşa edilmişdi. Ümumi sahəsi 100 kvadratmetr olan muzey üç otaqdan ibarət idi.


C.Əhmədovun xatirə kompleksindəki büstü  tanınmış heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanmışdı.


Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlamış, sonradan bu eksponatların sayı 800-ə çatdırılmışdı.


Muzeyin ekspozisiyası A. Nevski ordenli, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun hərbi vətənpərvərlik fəaliyyəti haqqında ətraflı məlumat yarada bilirdi. Muzeydə saxlanılan eksponatların çoxu nadir hesab olunurdu. Burada əsgər məktubları, hərbi geyimli şəkillər, özünün yazdığı şeirlər, avtoqrafları, əsgər paltarı, “Sovet İttifaqı Qəhrəmanı” fəxri adının  diplomu, o cümlədən, onun 29.09.1944-cü il tarixli sonuncu məktubu da saxlanılırdı. C.Əhmədov bütün SSRİ-də yeganə şəxsiyyət idi ki, 20 yaşında alay (rota) komandiri və Sovet Ittifaqı Qəhrəmanı olmuşdu.

Belə bir şəxsiyyətin xatirə muzeyi ermənin təcavüzü nəticəsində darmadağın edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08 Hirkan Milli Parkında yanğın davam edir 16 Yanvar 2021, 21:59 Bayden Viktoriya Nulandı yüksək vəzifəyə təyin edəcək 16 Yanvar 2021, 21:47