Modern.az

İraqda daha bir SEPAH komandiri öldürüldü

İraqda daha bir SEPAH komandiri öldürüldü

1 Dekabr 2020, 00:42

“RT Arabic” telekanalı İraqdakı mənbələrə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm Şahdanın İraqda öldürülməsi barədə bildirib.

 

Modern.az xəbər verir ki, onun Suriya ilə sərhəddə öldürüldüyü xəbər verilib.

 

“Al-Arabiya” telekanalı iddia edib ki, Şahdan bir gün əvvəl axşam "Al-Kaim" nəzarət-buraxılış məntəqəsindən keçib, onun maşını sonra pilotsuz uçuş aparatı vasitəsilə vurulub. Zərbə nəticəsində SEPAH komandirindən başqa onu müşayiət edən 3 nəfər də həlak olub.

 

Öz növbəsində Livan telekanalı “Al-Mayadeen”in mənbələri Şahdanın qətli haqqında xəbərləri təkzib edib (report).

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi