Modern.az

Türkiyə-Rusiya münasibətləri pozulur? - Sabiq nazir iddiaları TƏKZİB ETDİ

Türkiyə-Rusiya münasibətləri pozulur? - Sabiq nazir iddiaları TƏKZİB ETDİ

Dünya

1 Dekabr 2020, 14:52

Bir neçə gün əvvəl xarici mediada Türkiyənin Rusiya ilə fikir ayrılıqları yaşadığı, xarici siyasətini dəyişərək, Qərbə meyilləndiyi haqqında fikirlər yer aldı. “Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, Rusiya ilə fikir ayrılıqları, ABŞ-da prezident seçkilərinin nəticəsi və yeni sanksiyalar Türkiyəni ənənəvi Qərb müttəfiqləri və Səudiyyə Ərəbistanı ilə yaxınlaşmağa vadar edir.

 

Məsələni Modern.az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bu iddialarla razılaşmadığını qeyd edib. O, xatırladıb ki,  türk müşahidəçiləri Laçının qaytarılmasından sonra ölkəmizdə fəaliyyətə başlayacaq:

 


“Mövzu haqqında fərqli mənbələrdən çoxlu spekulyasiyalar var. Ələlxüsus Azərbaycanın sərhəddə nəzərdə tutulmuş daha bir rayonunun azad edilməsi barədə xəbərdən sonra deyə bilərik ki, Rusiya-Türkiyə əməkdaşlığı mövcuddur. Bundan qabaq da monitorinq qruplarının öz fəaliyyətinə Laçının azad olunmasından sonra başlayacağı haqqında fikirlər var idi. Bu gün də artıq buna aid razılaşmanın mövcudluğu haqda məlumat yayılıb. Hesab edirəm ki, bir-iki günə sənəddə nəzərdə tutulmuş monitorinq mərkəzləri öz işinə başlayacaq. Reallıqdan danışsaq, Türkiyə ilə əməkdaşlığımızın düşmənləri çoxdur. Bunun nümunələrini həm Qərbdə, həm də Rusiya və Ermənistanda görmək olar”.

 


Tofiq Zülfüqarov Türkiyənin Qərblə münasibətlərini də təhlil edib:

 

“Həm Rusiya, həm də Türkiyə Qərblə problemlər yaşadı. Bütün bunlar bizim ərazimizdə gedən münaqişəyə də təsir etdi. Artıq Qərbdə də anlayırlar ki, Rusiya-Türkiyə əməkdaşlığının güclənməsi beynəlxalq aləmə də təsir göstərəcək. Hesab edirəm ki, bu əməkdaşlıq ilk növbədə Azərbaycanın xeyrinədir, bunun nəticələrini görməli və qiymətləndirməliyik. Bu əməkdaşlıq nə qədər dərin olsa, Azərbaycan öz ədalətli mövqeyini həyata keçirəcək”.

 


Fidan ƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub