Modern.az

Nikol Paşinyan bizim adamdı...

Nikol Paşinyan bizim adamdı...

2 Dekabr 2020, 19:00

Müharibə qurtardı. 44 gün sürən bu savaşda Azərbaycan əsgərinin, xalqımızın və Ali Baş Komandanın birliyi öz nəticəsini verdi. İşğalçı Ermənistan ordusu büsbütün darmadağın edildi. Erməni döyüşçüləri silahı yerə atıb vuruşdan imtina etdilər.

Məğlubedilməzliyinə güvənən və İkinci Qarabağ Müharibəsini qalibiyyətlə sona çatdıracağına inanan Ermənistan silahlı qüvvələri minlərlə itki verərək, geri çəkildi. Təslim olmaqdan başqa çarə yox idi. Kapitulyasiya aktına imza atan Nikol Paşinyan hökuməti Moskva bəyannaməsi ilə Azərbaycanın qələbəsini etiraf etdi. Dövlətimizin həyata keçirdiyi çevik və düzgün hərbi-siyasi xətt erməni faşizminə elə bir dərs verdi ki, bunu bir daha yaddan çıxara bilməyəcəklər.

Prezident İlham Əliyevin hazırda işğaldan azad olan rayonlarımızın, kənd və qəsəbələrimizin iqtisadi-sosial dirçəlişi ilə əlaqədar sərəncam və fərmanları göstərir ki, forpost Ermənistan Azərbaycanla müharibəyə girişərkən ölkəmizin qüdrətini, böyük imkanlara sahib olduğunu yaxşı-yaxşı ölçüb-biçməyib. Bu mənadakı Azərbaycan Respublikasının möhkəm dövlət olduğunu erməni faşizminin qiymətləndirmək qabiliyyəti olsaydı, indi yerdə sürünməzdi.

Xüsusi bir məsələ barədə də fikrimi bölüşmək istərdim. Müharibə itkisiz olmur. Mən şəhidlərimizin əziz ruhuna Allahdan rəhmətlər diləyirəm. Onların önündə baş əyirəm!!! 
  
Ancaq şəhidlərimizlə bağlı təbliğatımızı dəyişməliyik. İnsanlarda ağır psixoloji, depressiv vəziyyət yaradılmaması ilə əlaqədar, üstəgəlsək, pandemiya da bir tərəfdən öz ciddi təsirlərini göstərir, bu zaman əhalinin keçirdiyi hiss-həyəcanları təsəvvür etmək çətin olmazdı. Bunun əvəzinə vətənpərvər verilişlərin sayını artırmalıyıq.

Məsələ belədir ki, Nikolun vəziyyətini zəhərə döndərən hücumlar günbəgün çoxalır. Görək, tab gətirə biləcəkmi!?

Baş nazir Nikol Paşinyan irəli hoppanmaq istəyirdi, lakin  arzusu ürəyində qaldı. Ermənilər Nikolu istefaya çağırırlar. Ölkə prezidenti Armen Sarkisyan da Paşinyan hökumətinin istefasını istəyib. Göründüyü kimi, Ermənistanda vəziyyət yeni və ağır böhran həddinə qədəm qoyur. Nikolu müdafiə etsək (???), pis olmazdı. O, bizim adamdı...


Eldar Sabiroğlu
keçmiş millət vəkili və ehtiyatda olan polkovnik

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir