Arxiv
21 Dekabr 2020, 12:58 | REPORTAJ
Xudafərində gördüklərim - REPORTAJ

Urra!!! Yolumuz Azərbaycan-İran sərhədinə-Horadiz-Cəbrayıl-Xudafərin istiqamətinədir. Möhtəşəm tarixi qələbəmizdən sonra işğaldan azad olunmuş bu unikal məkana getmək istəyim deyəsən reallaşırdı. Qusardan "Mersedes" markalı avtomobillə çıxanda qar yağmasa da, havada şaxta soyuqluğu vardı. Yükümüz də ağır idi, havanın soyuqluğu da... Amma vaxt itirmədən irəli getmək lazım idi. Getdik də. Düz 474 km məsafə qət etdikdən sonra təxminən 7 saata gəlib çatdıq Fizuli rayonu ərazisində yerləşən Horadiz sərhəd dəstəsinə. Nəzərə alsaq ki, hava dumanlı və yağışlı idi, 7 saat yol qət etməyimiz təbii idi. Gecə ikən birbaşa Xudafərinə getmək istəsək də, hərbi nizam-intizama tabe olaraq səhəri gözləməli olduq. Gözləməli olduq-deyəndə Horadiz səhərini dirigözlü açdım. Səhər saat 8.30-da "UAZ"markalı hərbi avtomobillə Xudafərin körpüsünə üz tutduq...

 

Çox həyəcanlıyam yolboyu. Zarafat deyil, əvvəllər də olmadığım, heç vaxt görmədiyim Qarabağa, Cəbrayıl rayonuna və Xudafərinə gedirəm. İlk dayandığımız yer Cəbrayıl rayonunun girişi-yolayrıcı oldu. Bu yolun biri Hadrut-Xocavənd-Şuşaya gedən yoldur. Cəbrayılın rayon mərkəzi də bu yolun üstündə yerləşir. Bəli, bəli, Qarabağın incisi sayılan, məhz onun işğaldan azad edilməsi zəfər günümüz elan edilən gözəl Şuşamıza gedən yolun üstündəyik. Hələlik gedə bilməsək də, ürəyimdə Şuşanı salamladım: Salam, Şüşam!

Yolumuza davam edirik. Cəbrayıl-Xudafərin-Zəngilan-Qubadlı yolundayıq. Xarabalığı xatırladan mənzərədən yol boyu adamın ürəyi sızıldayır. Cəbrayılın Şükürbəyli qəsəbəsindəyik. Bələdçi hərbçilərimizin bildirdiyinə görə, torpaq işğalçıları burda məskən salıblar, yaşayıblar. Şükürbəyli Azərbaycana hücum üçün bu istiqamətdən ən yaxın müdafiə xətti olub. İrəliləmək niyyətləri də olub, amma cəsur igidlərimiz mənfurların arzusunu gözlərində qoyub. Nəinki irəliləmək, hətta başları ilan başı əzilib burda.

 

 

Növbəti dayanacağımız Soltanlı kəndidir. Məlumata görə, vətəni olmayan işğalçılar burada güclü istehkam qurublarmış. Fərz edirlərmiş ki, guya bu istehkamı sındırıb dəf etmək mümkün olmayacaq. Ay-hay. Soltanlıda bir həftəyə yaxın çox qızğın döyüşlər gedib. Azərbaycanın Müzəffər Ordusu düşmənin başını yenə ilan başı əzib, özlərini istehkam qarışıq məhv edib. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin igidləri, ümumilikdə, bütün qoşun növləri Soltanlıda qətiyyətlə vuruşaraq, erməni yaraqlıların torpaq arzusunu gözündə qoydular. Eşq olsun şanlı Azərbaycan əsgərinə!!!
Burada gedən qızğın döyüşləri Prezident İlham Əliyev noyabrın 23-də Ağdam məscidində çıxışı zamanı da xüsusilə qeyd edib: "Cəbrayıl rayonunun Soltanlı kəndində bir neçə gün şiddətli döyüşlər gedib. Orada elə bir istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər".

 

Bəli, alicənab Ali Baş Komandanımızın söylədiyi kimi, erməniləşdirmək istəyirdilər Soltanlını da. Amma düşmənin bu xam arzusu da haram tikə kimi boğazında qaldı. Başları əzilərək məhv edildilər və bu kənddə də torpağın əsl sahibinin Ordusunun sərt üzü ilə qarşılaşdılar. Xarabalığı xatırladan Soltanlıdan ürək ağrısı ilə ayrılaraq, yolumuza davam etməkdəyik. Necə deyərlər, yolçu yolda gərək.

Azərbaycan-İran sərhədi boyunca irəliləyərək çatdıq mənzil başına, əsl ünvana. Bu da məşhur, möhtəşəm, tarixin yadigarı, məğrur Xudafərin körpüsü !!! Çox gözəl, ömrümdə heç vaxt hiss etmədiyim duyğular mənimlədir. Azərbaycan memarlığının ən gözəl nümunəsi, Azərbaycanın ən unikal mədəniyyət abidəsi Xudafərin!!! Çox qürurluyam. Sanki Xudafərin öz məğrur duruşu ilə onu kənardan seyr edən hər bir azərbaycanlıya deyir: "Mən burda möhkəm dayanmışam. Siz də möhkəm olun!".


Oktyabrın 18-də Xudafərinin azad edilməsi barədə Azərbaycan əsgəri İlham Əliyevə məruzə edəndə mən Qusarda elə bərkdən sevinclə qışqırmışdım ki, öz səsimə özüm diksinmişdim!

 

 

Bax, indi özüm burdayam. Arazın üstündə 27 ildir yad tapdaqlarından qürurunu itirməyib məğrur dayanan Xudafərin! 1027-ci ildə inşa edilmiş bu unikal sənət əsəri, tarixin yadigarı öz möhkəmliyini qoruyub saxlaya bilib. Azərbaycanla İran arasında dostluq rəmzi Xudafərin illər uzunu strateji, qardaşlıq ənənələrini yaşadıb və son 27 ildə də xain düşmənə baş əyməyib. Azərbaycan əsgərinin yolunu gözləyib. Və o gün gəlib çatıb. Azərbaycan əsgərinin bayraq sancdığı Xudafərində Prezident İlham Əliyev də möhtəşəm Azərbaycan bayrağını ucaltdı. Qürurlu görüntülərdir. Körpünün yerləşdiyi Qumlaq kəndinə baxanda isə viranə qalmış ev qalıqları görünür. Dəhşətli kadrlardır. Vandalizmin və vəhşiliyin bariz izləridir.

 

Bəli, indi bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Ayıq-sayıq dayanan sərhəd keşikçilərinin!!! Dövlət Sərhəd Xidmətinin zastavası sovet dövründə sadələşdirilmiş keçid olan məntəqənin ərazisində yerləşib indi. Keçid məntəqəsinin binası da erməni şərəfsizləri tərəfindən dağıdılaraq darmadağın edilib. İstifadəyə tam yararsızdır. Bu səbəbdən hələlik çadırlarda yerləşən əsgərlərin əhval-ruhiyyəsi elə yüksəkdir ki, sözlə ifadə bilmirəm. Halal olsun hər birinə!

 

 

Yazımın əvvəlində yükümüzün ağır olduğunu bildirmişdim. Horadizdə "UAZ"a yüklədiyimiz yükü boşaltmağın məqamı gəldi. Əsgərlərlə görüşəndə Qubanın icra başçısı Ziyəddin Əliyevin alma sovqatını, Qusar polis şöbəsinin rəisi Ziya Əliyevin isə ləzgi bacı-qardaşlarımızın xərək çörəyini və yağlı lavaş payını onlara təqdim etdim. Adını çəkdiyim bu rəsmi şəxslər adlarını qeyd etməməyimi demişdilər. Deməyi lazım bildim, çünki hamını öz adı ilə çağırmaq vaxtıdır.

Əslində dövlət öz əsgərinin təminatını tam və hərtərəfli edib. Adətən Azərbaycan-Rusiya sərhədinin ən ucqar dağ zastavasında gördüyüm əsgərin bol ərzaq təminatını eynilə burda da gördüm, heç nəyə ehtiyacı yoxdu əsgərin. Amma payın öz yeri var, elimizin adəti var axı, pay paydır da. Şimal sərhədlərindən fərqli olaraq isə müharibədən çıxmış bu zolaqda formalaşmış zastavada hələlik şəraitsizlikdir. Ermənilərin yerlə -eksan etdiyi bu binada məskən salan Azərbaycan əsgəri çox nikbin və qürurludur. Torpaqdan pay olmaz-deyən bu cəsur sərhədçi əsgərlər Vətəni namus və vicdanla, cani-dildən qoruyurlar. Sərt iqlim və relyef şəraitində yerləşən və qələbədən sonra yaradılan zastavada qulluq etmək hər bir əsgərə xoşdu. Bunu söhbətimiz zamanı dedilər, şəhidlərimizin ruhunu yad etdik, əsgərin hazırladığı ləzzətli yeməyin dadına baxdıq.  

Və artıq qayıdırıq geri. Çox rahatam. Erməni vandallığını, viranə qoyulmuş əraziləri yerində görməyimiz ağır olsa da, indi qürurluyuq ki, burada Azərbaycan əsgəri keşik çəkir. 27 ildir yad, iyrənc sifətlər görən Azərbaycan torpağı indi əsl sahibinin addım səsini dunləyir. Bildiyimə görə, tezliklə sərt və həssas zonada yerləşən bu zastavada da yeni infrastruktur yaradılacaq. Burada müasir tələblərə cavab verən yeni zastavanın binasını görəcəyik. Nəinki burada, işğaldan azad edilmiş İranla və Ermənistanla bütün sərhəd zolaqlarında güclü yenilənmənin şahidi olacağıq. Dövlətimiz buna qadirdir və biz həmişə olduğu kimi, yenə də bunu canlı olaraq görəcəyik. Geri qayıdanda Xudafərin tunelinin yanında ayaq saxladıq. Sovet dövründə dəmiryol tuneli olmuş bu tarixi yeri ermənilər xoşbəxtlikdən dağıtmayıblar. Azərbaycan-İran sərhədinin Xudafərin körpüsünə gedən yeganə yolun üstündə yerləşdiyinə görə.

 

 

Xudafərin səfərində təhlükəsizlik tədbirlərinə çox diqqət yetirdik. Cəbrayıldan üzü Xudafərinə gedən yolda hərbçilərin qoyduğu məsafədən bir addım irəli ayaq basmadıq. Bunu bizdən təhlükəsiiyimizi qoruyan sərhədçilər də tələb edirdi. Mən özüm də əsgər sözü vermişdim. Ərazilərin minalı olduğu diqqətimizə çatdırılmışdı. ANAMA-nın qadağan etdiyi səddi qəti keçmədim. Horadizdəki sərhədçilərlə sağollaşıb geri qayıdırıq. Yeri gəlmişkən, Horadizdə əslən Qusarın Bədişqala kəndindən olan gizir Xavər Sovziyevin xidməti mənzilində gecələdim. Ləzgi qonaqpərvərliyini bu gənc ailənin timsalında bir daha gördüm. Ümumilkdə 1210 km məsafə qət etdikdən sonra yenidən şimalda - Qusardayam. Təşəkkürlərim var. Yol yoldaşlarım Xudat sərhəd dəstəsinin giziri Amid Rzayevə və bu səfərdə də məni tək qoymayan - ANS televiziyasında işləyərkən operatorum olmuş Rəşad Ağaşirinova minnətdaram. Erməni vandalizmini yerində görməyim üçün yaradılan şəraitə görə sərhədçilərə, xüsusən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevə təşəkkür edirəm. Ən böyük təşəkkürüm isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı, möhtərəm, mənim daimi Prezident hesab etdiyim İlham Əliyevədir. Hər bir Azərbaycan vətəndaşına, bizlərə 30 ildir gözlədiyimiz qələbə sevincini Şanlı Ordumuzun şücaəti sayəsində yaşatdığına görə, işğalda inləyən torpaqlarımızı özümüzə qaytardığına görə. Bu savaşda verdiyimiz hər bir şəhidin ruhuna, xatirəsinə isə sonsuz ehtiramım və hörmətim var. Onların qanı qarışmış bu torpaq şəhidlərimizi heç vaxt unudan deyil.

 

 

Aytəkin ALXASLI

Cəbrayıl, XUDAFƏRİN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 Masallının baş həkimi belə həbs edilib - VİDEO 25 Yanvar 2021, 15:01 Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33