Modern.az

Diaspor fəalları təşəkkürnamə ilə təltif olunub

Diaspor fəalları təşəkkürnamə ilə təltif olunub

Diaspor

27 Dekabr 2020, 13:40

Başa vurmaqda olduğumuz 2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi təxribat və xalqımızın möhtəşəm Zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü olub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və ölkəmizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan uğurla çıxıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, bütün bunları nəzərə alan qurum Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətindəki fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşəkkürnamə ilə təltif edib.

Təltif olunanlar arasında müxtəlif ölkələrdəki diaspor təşkilatlarının təmsilçiləri, diaspor üzvləri, Azərbaycandakı icmaların nümayəndələri və jurnalistlər var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir