Arxiv
5 Yanvar 2021, 22:20 | ƏDƏBİYYAT
Erməni “namus”u

Ərəb mənşəli "namus" sözü Azərbaycan türkcəsi vasitəsi ilə erməni dilinə də keçib.


Şamaxıda doğulub böyüyən erməni yazıçısı Aleksandr Şirvanzadənin məşhur romanı "Namus" adlanır. Bu roman əsasında çəkilmiş ilk erməni bədii filminin adı da "Namus"dur.


Deyəsən, bir az uzaqdan başladım.


1987-ci ildə keçirilən sonuncu beynəlxalq tərkibli Vaqif poeziya günlərində (inşallah, bu ildən bərpa olunur) İrəvandan gələn iki erməni şairi də iştirak edirdi. Biri gənc qızını da özü ilə gətirmişdi.


Bakıya qayıtdığımız gün Göyçayda dayandıq. Anar müəllim əvvəlcədən zəng vurmuşdu. Yol kənarındakı restoranda lazımi hazırlıq görmüşdülər. Həmin axşam qonaqların bir qismi yola düşəcəyindən bu həm də bir növ vida məclisi idi.


Hamı sağlıq deməyə, təəssüratını bölüşməyə çalışırdı.


Qızı ilə gələn erməni də (adını unutmuşam, hansısa jurnalın redaktoru idi) söz istədi və təxminən belə bir "nitq" söylədi.


"Arvadım biləndə ki, Anuş da (məsəl üçün!) mənimlə getmək istəyir, dəli oldu. Dedi ki, sənin başın xarab olub, cavan qız uşağını hara aparırsan? Siz şairlər səhərdən axşama kimi araq şüşəsindən ayrlmırsınız, sonra da bilən olmur ki, kim harada gecələyib, kim kimnən yatıb. Yox mən qızımı buraxa bilmərəm".


Dedim, "Axçi, əvvəl fikirləş, gör, hara gedirik. Yaxşı yadında saxla - Azərbaycana gedirik. Azərbaycanlılarla bizim eyni anlayışımız var: namus! Lap tək də getsə, Azərbaycanda heç kəs sənin qızına əyri gözlə baxmaz, əksinə, əyri baxanın gözünü basıb çıxararlar. Düzlükdə, dostluqda, namus məsələsində azərbaycanlılar bütün dünyaya nümunədir" və s. və i.a. Uzun-uzadı bir dostluq nağılı...


Üstündən 3-4 ay keçəndən sonra bu "namus aşiqinin" öz jurnalını Azərbaycana qarşı mübarizə platformasına çevirərək namussuzların ön cərgəsində getdiyini eşidəndə əvvəlcə bir az təəccübləndim, amma erməni xislətinə bələd olandan sonra təəccübə yer qalmadı...


Vilayət Quliyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50 Sahara səhrasına qar yağdı – FOTO 21 Yanvar 2021, 15:45 Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb 21 Yanvar 2021, 15:40 Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı 21 Yanvar 2021, 15:34 “Universitetlər  dövlət və cəmiyyətin arxasınca sürünür” - Rektor 21 Yanvar 2021, 15:28 Eldar Quliyevin kitabı türk dilində nəşr olundu 21 Yanvar 2021, 15:22 “YAŞAT” Fondu şəhid ailələri və qaziləri tibbi müayinələrdən keçirib - FOTO 21 Yanvar 2021, 15:16 Postlardan 2315 maşın geri qaytarıldı - 3 nəfər həbs olundu 21 Yanvar 2021, 15:10 “Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır” - Prezident 21 Yanvar 2021, 15:04 Bu ölkə başçısı Navalnıya görə Putinə zəng etdi 21 Yanvar 2021, 14:58 Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan çavuş 21 Yanvar 2021, 14:52 Azərbaycanla Türkmənistan arasındakı uzun illərin mübahisəsinə son qoyuldu 21 Yanvar 2021, 14:46 İranda daha 93 nəfər koronavirusdan öldü 21 Yanvar 2021, 14:40 Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı 21 Yanvar 2021, 14:34 Rövşən Rzayev Vətən Müharibəsi iştirakçısı olan işçilərilə görüşüb - VİDEO 21 Yanvar 2021, 14:29