Modern.az

Deputatlar tətildən qayıtdılar - Müzakirələr başlayır

Deputatlar tətildən qayıtdılar - Müzakirələr başlayır

15 Yanvar 2021, 12:35

Milli Məclisin deputatları bu gündən, yəni yanvarın 15-dən tətildən qayıdırlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Əsasən komitələrdə işə başlayan deputatların yaz sessiyası üçün ilk plenar iclası fevralın 1-nə təsadüf edir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, komitələr gələn həftədən tam tərkibdə işə başlayacaq:

“Komitələrin işə başlaması üçün İşlər planı hazırlanmalıdır. 2021-ci ilin yaz sessiyası ilə bağlı İşlər planı hazırdır. Gələn həftədən komitələrdə müzakirələr başlanacaq”.

Qeyd edək ki, Parlamentin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il fevralın 1-i bazar ertəsinə düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir