Arxiv
15 Yanvar 2021, 16:53 | PARLAMENT
Vüqar Səfərli 6 milyon manatı tək yeyə bilməzdi- Deputat eyhamla DANIŞDI

KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun ötən gün yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb.


Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?


Modern.az
xəbər verir ki, Milli Məclis deputatı Aqil Abbas Yenisabah.az-a açıqlamasında Vüqar Səfərlinin həbsinin gözlənilən olduğunu diqqətə çatdırıb:


“Bu haqda söhbət çoxdan gedirdi. Elə Vüqar işdən ayrılandan sonra mətbuatda bu söz-söhbətlər dolaşmağa başladı. Əksəriyyət yeyintinin olmasından danışırdı. Prokuroroluq da məsələ ilə əlaqədar cinayət işinin qaldırılması barədə məlumat vermişdi. Bununla yanaşı jurnalistlər üçün tikilən binalardan ev alanları da prokurorluğa çağırıb izahatlarını alırdılar. 

Yəni az-çox xəbərim var idi. Kimsə həbs olunmalıydı. Oranın da rəhbəri Vüqar Səfərliydi. Amma görəsən, Vüqar Səfərli 6 milyon manatı yeyə bilər? Edə bilməz. Vüqar Səfərli bina sifariş vermirdi. O ancaq müqavilə bağlaya bilərdi. O binanı kimin tikəcəyi isə yuxarıdan gələn göstəriş idi. Bunu da hamımız bilirik. Orada təbii ki, Vüqarın da müəyyən payı olub, bu işə göz yumub. 

Həmçinin bir şey də maraqlıdır ki, orada Müşahidə Şurası vardı, guya bu məsələlərə nəzarət etməliydi. Bu Şura həmin vaxt nə ilə məşğul olub? İndiyədək nə olub-olmadığını görməyib? Məsələn, bu hadisələrdən sizin, mənim xəbərim olmaya bilərdi. Çünki biz orada deyildik. Əslində, mən həmin təşkilat haqqında çox danışmaq istəmirəm. Amma nöqsanları göz qabağındadır. Bu barədə mən onlar qəzetləri kateqoriyaya böləndə yazmışdım.  Çünki qəzet kateqoriyaya bölünməz. “Ədalət” qəzeti 30 ildir çıxır, ikinci kateqoriyaya salınıb. Amma 15 il çıxan qəzetlər birinci kateqoriyaya aid edilib. Heç biri də “Ədalət” qəzetinə çatmır. 

Tənqid edəndə hamısını adları ilə qeyd etmişdim, buna görə küsürdülər. Yuxardan zəng edib, “Bu, nədir yazmısan”,-deyirdilər. Mən həmin vaxt pul davası etmirdim, sadəcə olaraq qəzetimin davasını edirdim. Ona  görə də mənlə bir az araları dəymişdi. Amma Vüqarla biz səfər yoldaşlığı da etmişik. Sadəcə olaraq Vüqar gərək bir o qədər şeyə getməyəydi. Sən bu idarənin rəhbərisən və görürsən ki, bunun sonu hara gedib çıxa bilər. Heç kim vəzifədə əbədi deyil. Gözü çıxan qardaşlardan öyrənmirlər də...”.


Millət vəkili  Baş Prokurorluğun bu cinayət əməlində iştirak etmiş digər şəxsləri müəyyənləşdirmək üçün apardığı işlərdən də söz açıb:


“Siz də, mən də söhbətin kimdən getdiyini bilirik. Amma ad çəkməyəcəm. Çünki vurulmuş adamların əleyhinə danışmaqdan xoşum gəlmir. Təbii ki, prokurorluq araşdıracaq. O pulu kimlərin nə qədər yediyini müəyyənləşdirəcək, yəqin ki, bilir də... 

Hələ ki adları açıqlanmır, vaxtı çatanda açıqlanacaq və harada olmalarından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yadıma Əziz Nesinin bir hekayəsi düşdü. Deməli, bir uşaq portmanat oğurlayır. Polis də onu tutur. Portmanatdan çıxan pulların saxta olduğu müəyyənləşir. Bu dəfə də saxta pulun arxasınca düşürlər. Gedib pul kəsənləri tuturlar. Oradan da məlum olur ki, bunlar bir mafiyadır və qaçaqmalçılıqla məşğuldur. Bütün qaçaqmalçıları tuturlar. Bu yolla kim təqsirkardırsa, hamısını ələ keçirirlər. Sonda komissarın hüzuruna gətirilirlər və uşaq dodaq altından gülməyə başlayır. Komissar da gülüb, “A bala, bunlara baxanda sən elə ən təmizisən”,-deyir. İndi bu məsələnin arxasıyla gedəndə nə var, nə yox məlum olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP-ın ardınca digər partiyalar da gəncləşmə siyasəti aparacaq? - Sədrlər CAVAB VERİR 5 mart 2021, 17:30 “Onlar xəstələniblər, koronavirusdan da betər...” - İlham Əliyevdən sərt MESAJ 5 mart 2021, 17:17 Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı verdi 5 mart 2021, 17:12 Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası 5 mart 2021, 17:07 YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54 BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu! 5 mart 2021, 14:50 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO 5 mart 2021, 14:45