Modern.az

Uşaq bağçaları da açılır?

Uşaq bağçaları da açılır?

Təhsil

18 Yanvar 2021, 11:32

Bu həftə ərzində Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək. Brifinqdə qarşıdakı dövr ərzində məktəblərdəki tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.

 


İşləyən valideynləri daha çox narahat edən məsələlərdən biri də uşaq bağçalarında təlim-tədrisin bərpa olunmasıdır. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələlik bu barədə qərar yoxdur:

 

“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən nə qərar veriləcəksə, ona müvafiq olaraq tədbirlər həyata keçriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir