Modern.az

Meksikada 19 nəfər öldürüldükdən sonra yandırıldı

Meksikada 19 nəfər öldürüldükdən sonra yandırıldı

24 Yanvar 2021, 09:26

Polis əməkdaşları Meksikanın şimal-şərqindəki Tamaulipas və Nuevo-Leon ştatlarının sərhədində 19 nəfərin meyitini yandırılmış halda aşkar ediblər.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Milenio” qəzeti xəbər yayıb.

 

İlkin məlumatlara görə, cəsədləri tapılan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır.

 

Qeyd edək ki, 2020-ci ildə Meksikada 34 500 qəsdən adam öldürmə cinayəti törədilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi