Modern.az

“Firudin bəy Köçərli” mükafatının qalibləri məlum oldu - SİYAHI

“Firudin bəy Köçərli” mükafatının qalibləri məlum oldu - SİYAHI

27 Yanvar 2021, 10:43

AzEdu Academy və Təhsil Jurnalistləri Birliyi 5 oktyabr  Beynəlxalq Müəllimlər  Günü münasibətilə  “Firudin bəy Köçərli”  mükafatını təsis edib.

 

Modern.az xəbər verir ki, mükafat hər ilin 5 oktyabr tarixində  bir neçə nominasiya üzrə layiqli sahiblərinə təqdim ediləcək.

 

Lakin bu ilin Beynəlxalq Müəllimlər Günü (5 oktyabr)  Vətən Müharibəsinin gedişinə təsadüf etdiyi üçün bu istiqamətdə geniş ictimailəşdirilmə və təbliğat işləri aparılmadı. Hətta nominantlara belə bu barədə məlumat verilmədi.

 

Bu gün isə mükafatın adını daşıdığı böyük maarifçi, Firudin bəy Köçərlinin anadan olmasının 158-ci ildönümüdür. (1863-cü il, Şuşa).

 

Məhz bu gün - böyük maarifçinin dünyaya gəldiyi gündə mükafat barəsində geniş məlumat yayıb, ictimaiyyəti bilgiləndirməyi uyğun gördük.

 

Bir məqamı xatırlayaq ki, qaliblərin siyahısı eynilə 2020-ci il 5 oktyabrında olduğu kimi saxlanılıb. Təəssüf ki, o zaman aramızda olan, Milli Qəhrəman, məktəb direktoru  Məhəmməd Həsənov bu zaman aralığında vəfat etdi. Lakin AzEdu Academy və mükafatın təşkilat komitəsi olaraq, uyğun nominasiya üzrə təltif olunan Milli qəhrəmanın diplom və hədiyyəsi onun ailə üzvlərinə təqdim ediləcəkdir.

 

Həmçinin, o zaman Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri olan Rəşad Tağıyev bu istiqamətdəki  xidmətlərinə görə təltif edilib. Bu zaman aralığında isə Təhsil Nazirliyinə şöbə müdiri təyin edilib.

 

Qeyd edək ki, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin mükafatı təsis etməsində əsas məqsəd təhsilin inkişafında xüsusi xidmətləri olan şəxsləri  diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

 

Mükafat  aşağıdakı şəxslərə təqdim edilir:

 

1.Təhsilin inkişafında zəruri qərarların müəllifi kimi -  Təhsil naziri Emin Əmrullayev;

 

2.Müəllimlik missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə -  professor Rafiq Əliyev;

 

3.Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi UNEC rektoru, professor  Ədalət Muradov;

 

4.Şagird, müəllim və valideynlər arasında vətənpərvərlik hisslərinin yüksək səviyyədə təbliğinə görə -  Goranboy rayon 3 saylı tam orta məktəbin direktoru, Milli Qəhrəman  Məhəmməd Həsənov ;

 

5.“Böyük qayıdış”ın fədakar müəllimi kimi - Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev;

 

6.Fədakar müəllim adını cəbhə bölgəsində yüksək səviyyədə doğrultduğuna görə  Tərtər rayon Qapanlı kənd orta məktəbinin müəllimi Nigar Məmmədova;

 

7.Pedaqoji təhsilin modern tələblər istiqamətindəki inkişafında gördüyü işlərə görə Rəşad Tağıyev;

 

8.Təhsilin inkişafında faydalı ideya və təkliflərin müəllifi kimi -  Milli Məclisin deputatı Etibar Əliyev;

 

9.“Böyük qayıdış”ın fədakar məktəbi kimi - Kəlbəcər  rayon 23 saylı tam orta məktəbi;

 

Qeyd edək ki,  bütün nominasiyalar üzrə 5 oktyabradək fəaliyyət nəzərə alınıb.

 

Vətən Müharibəsindəki qələbədən, Firudin bəy Köçərlinin doğma yurdu Şuşanın azad edilməsindən sonra diplom və hədiyələri sahiblərinə təqdim etməkdən məmnunluq duyuruq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər