Arxiv
18 Fevral 2021, 09:38 | REPORTAJ
Bizim əsgər - Hər iki gözünü itirən QAZİ: “Azad etdiyim torpaqları görmək istərdim” - MÜSAHİBƏ

Modern.az saytında “Bizim əsgər” rubrikası davam etməkdədir. Budəfəki qonağımız Vətən müharibəsinin iştirakçısı, gizir Vasif Bayram oğlu Allahverdiyevdir. Qeyd edək ki, Vasif Fizuli uğrunda gedən döyüşlərdə hər iki gözünü itirib.

 

- Oxucularımıza özünüz haqda qısa məlumat vermənizi istərdik...

- Mən Allahverdiyev Vasif Bayram oğlu 1987-ci ildə Beyləqanın Kəbirli kəndində doğulmuşam. Hərbçi idim, gizir rütbəsi daşıyırdım. Ailədə üç qardaşıq. Üçümüz də hərbçiyik. Digər qardaşım Allahverdiyev Yusif Bayram oğlu da Vətən müharibəsində iştirak etdi.
Mən Fizuli uğrunda gedən döyüşlərdə yaralanmışam. Hərbçi olsam da, müharibəyə könüllü qatılmışdım. Hətta ailə üzvlərim belə müharibədə iştirak etdiyimi bilmirdilər.


- Hazırda yaşadığınız ev kimə məxsusdur?

- Hazırda Xırdalanda kirayə qalıram. Əvvəl ailəmlə  Beyləqanda ata evimdə yaşayırdım. Gözlərimi itirəndən sonra müalicəmlə əlaqədar olaraq Bakıya gəlməli oldum. Həyat yoldaşım və uşaqlarım da mənə görə bura gəlmək məcburiyyətində qaldılar.


- Gözlərinizin müalicəsi necə davam edir? Həkimlər nə deyirlər?

- Hazırda Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında müalicə alıram.Həkimlər sağ olsunlar, mənə çox diqqət göstərirlər. Hələ ki pandemiya səbəbindən əməliyyat üçün xaricə heç kim göndərilmir. Əgər bu mümkün olsa, yəqin mən də gedə biləcək xəstələr sırasında olacağam. Gözlərimin heç olmasa birinin görməsini çox istərdim. Əvvəlki kimi görə bilməsəm belə, ən azı gündüzü gecədən ayırmaq istərdim.


- Bəs dərman təminatınız necədir?


- Dərmanlarımı da müalicə aldığım yerdən pulsuz olaraq verirlər. Bəzi xırda tibbi vasitələri isə özümüz alırıq.


- YAŞAT Fondu və ya digər fondlara yardımla bağlı müraciət etmisinizmi və sizə nə cavab verilib?


- Müraciət etmişəm və qeydə alıblar. Hələ ki yardım olunmayıb, gözləyirəm...


- Vasif bəy, acı xatirələrdən danışmaq həmişə çətin olur. Siz Vətən uğrunda döyüşdüyünüz üçün məhz bu xatirələr acı olduğu qədər də qürurludur. Gələk bu acı itkini yaşadığınız  anlara...


- Fizuli uğrunda gedən döyüşlərdə ön cəbhədə səngərdə idim və birdan yanıma mərmi düşdü. Sonra gözlərim qaraldı, ardınca hiss etdim ki, başımı sarıdılar. Məni BTR-ə mindirdilər. Əvvəl olduğumuz yerə çatmağa 50 m qalmış BTR-i vurdular. Hiss etdim ki, BTR hardasa 10-15 dəfə fırlandı. BTR ortadan yanmağa başlamışdı. Tez məni içindən çıxardılar. Məni BTR-dən çıxaran gizir Məmişli Sahil idi. Ömrüm boyu mən ona borcluyam. Çox təəssüf ki, müharibə dayandığı gün o da şəhid oldu. Fizulidə hyospitala gedənə qədər özümdə olmamışam. Amma sonra dedilər ki, danışıb qardaşımın nömrəsini vermişəm. Ad və soyadımı demişəm, amma o anı xatırlaya bilmirəm. Oradan isə vəziyyətimin ağır olduğunu nəzərə alıb Bakıya göndərdilər. Artıq mən orada heç nə görmürdüm. Ona görə də Bakıya nə ilə gətirildiyimi görə bilmədim. Məncə helikopterlə gətirildim. Çünki həm tez çatdım, həm də əgər ambulans maşını olsaydı, mən maşın səsini eşidərdim.
Bakıda Mərkəzi Klinik Hərbi Hospitaldan məni Tədris-Cərrahiyyə Klinikasına göndərdilər. Həkimlər deyir ki, ora gələndə nəbzim çox zəif olub. Amma yadımdadır ki, qolumdan saatı açanda narahat oldum. Sonra isə bu günkü vəziyyət alındı.


- Demək olar ki, döyüşlərin ən qızğın fazasında oldunuz. Döyüşlər barəsində nə deyə bilərsiniz?


- Deyərdim ki, müharibənin müqəddəratını elə bu ilkin fazada olan döyüşlər həll etdi. Çünki ilk başdan düşmən bizim  qələbəyə nə qədər iddialı olduğumuzu və yaxşı silahlandığımızı gördü. Məhz bu qorxu sonrakı döyüşlərdə düşməni silahlarını atıb qaçmağa məcbur etdi. Mən olduğum döyüşlər haqqında deyə bilərəm ki, düşmənin bizdən mövqe üstünlüyü var idi. Onlar yuxarıdan aşağı atır, biz isə yuxarı doğru qalxırdıq. Əsgərlərimizin ruh yüksəkliyi çox böyük idi. Yaralananlar belə, döyüş meydanını tərk etmək istəmirdilər.


- Vasif bəy, indi ən böyük arzunuz nədir?

- Gözlərimi itirməzdən öncə mənim bir arzum var idi: Qarabağımızın azad olunması. Hansı məclisə və toya gedərdimsə, Qarabağın azad olunmasını arzu edərdim. Düzü heç vaxt o torpaqları görməmişdim. Bunu məni tanıyan hər bir insan təsdiqləyə bilər. İndi isə ən böyük arzum uğrunda döyüşdüyüm müqəddəs Qarabağ torpağına toxunmaq və onu görə bilməkdir. Həmişə o torpaqları görməyi, orada ailəmlə gəzməyi arzu edərdim. İndi torpaqlar bizdədir, amma çox təəssüf ki mən o torpaqları görə bilmirəm. Mən həmişə Ali Baş Komandan İlham Əliyevə inanırdım. Məhz mənim kimi hərbçilər onun dəmir yumruğunda və üçrəngli bayrağımızın kölgəsində birləşərək, o müqəddəs torpaqları azad etdik. Ümüd edirəm ki, uca Allahın izni  ilə bizi dəmir yumruqda birləşdirən Ali Baş Komandan mənim və mənim kimi qazilərimizin tez bir zamanda sağalmasında da dəstək olacaq.


- Bu gün həyat tərzinizdə çoxmu dəyişiklik var
?


- Allahdan ümidimi üzmürəm. Düzü, bu həyata alışmaq mənim üçün bir az çətindir. Göz insan üçün nə qədər əhmiyyətlidirsə, onsuz yaşamaq da bir o qədər çətindir.  Həmişə bütün işlərimi özüm görmüşəm. Heç kimdən asılı olmamışam. İndi isə həyat yoldaşım sağ olsun ki, qulluğumda dayanıb. Onu yormaq istəməzdim,  amma hələ ki buna məcburam. Bəzən gündüz və gecə saatlarını dəyişik salıram, bəzi gecələr isə heç yatmıram. Mən əvvəl bütün həyatımı hərbiyə həsr etmişdim. Uşaqlara çox az vaxt ayıra bilirdim.  İndi isə onlarla daha yaxınam. Amma çox istərdim ki, onları səslərindən yox, gözlərindən tanıyım. Onların necə böyüdüyünü öz gözlərimlə görüm. Bu gün mən xoşbəxtəm ki, vətənim üçün iki oğul övladı böyüdürəm və onlara ən ali dəyərləri doğru-düzgün aşılamağa çalışıram. Dediyim kimi,  müalicəm üçün Bakıda kirayə qalıram. Bakıda yaşam şərtləri də, rayondakından daha ağırdır. Artıq uşaqlar məktəbə də gedirlər. Tez-tez kirayə evləri dəyişməyin bizim üçün çətin olacağını da bilirəm. Amma indi bütün ailəmizlə  məhz gözlərimin görməsi üçün mübarizə aparırıq. Zamanla məhz mənim kimi qazilərimizi düşünüb yada salan bacı və qardaşlarımla qarşılaşanda isə hiss edirik ki, biz tək deyilik.
Bilirəm ki, mənim vətənimin mənimlə eyni qisməti yaşayan İlham Zəkiyev kimi oğulları  var ki, gözlərini itirdikdən sonra o bayrağı ən ali kürsülərdə qaldırdı. Himnimizi səsləndirdi və hamını onu dinləməyə məcbur etdi. Əgər imkan olsaydı, dəyərli İlham qardaşımla da görüşmək və tövsiyələrini dinləmək  istərdim, lakin çox təəssüf ki hələ bu mənə qismət olmayıb.

 
- Qazilərimizin fədakarlığından güc alıb bu gün torpaqlarımızı qoruyan əsgərlərimiz üçün “Əsgər salamı”nızı eşidək.


- Əsgərlərimizə hər zaman döyüşlərə hazır olmağı və döyüş texnikalarından ən mükkəməl şəkildə istifadə etməyi, onu sona kimi yerə qoymamağı tövsiyə edərdim. Hər biri vəzifə borcunu dərindən dərk etməlidir. Hər bir əsgərimiz vətənə xidmət etdiyi üçün qürur duymalıdır. Bu gün xidmət etdikləri dövlət Azərbaycan xalqınındır və bu dövlətlə qürur duymağa dəyər. Bir daha bütün əsgərlərimizə can sağlığı və xidmətlərində uğurlar arzu edirəm. Fikrimi bu ifadələrlə bitirmək istərdim:

Vətəni sevmək azdır,

Onu qorumaq gərək.

Vətənim demək azdır,

Vətənin olmaq gərək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti ucuzlaşıb 14 May 2021, 11:44 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib 14 May 2021, 11:35 İsmayıllıda ana övladı ilə birlikdə itkin düşüb 14 May 2021, 11:22 Putinlə Paşinyan Azərbaycanla sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİ                                14 May 2021, 11:17 Valideynlər övladları üçün doğru məktəbi necə seçməlidir?                  14 May 2021, 11:06 Yaponiyada zəlzələ olub 14 May 2021, 10:44 Qazax və Şəmkirdə qaz xətləri yenilənir 14 May 2021, 10:31 Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib 14 May 2021, 10:16 Zakir Həsənov azad olunmuş ərazilərdə - FOTOLAR 14 May 2021, 10:09 20 yaşlı tələbə itkin düşüb 14 May 2021, 10:04 Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM 14 May 2021, 10:00 İsrail hava hücumlarına yenidən başlayıb 14 May 2021, 09:50 Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır 14 May 2021, 09:33 Yer kürəsinə asteroid yaxınlaşacaq 14 May 2021, 09:19 BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ 14 May 2021, 09:05 Ordumuz antiterror təlimlərinə başlayır 14 May 2021, 08:26 Məni niyə Şuşaya aparmayıblar? 14 May 2021, 01:17 Bakıda yeniyetmə boğazından bıçaqlandı 14 May 2021, 00:58 Ən çox peyvənd vurulan ölkələr 14 May 2021, 00:43 ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 14 May 2021, 00:27 İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı 14 May 2021, 00:16 Livandan İsrail istiqamətinə raket atıldı 14 May 2021, 00:01 Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL 13 May 2021, 23:53 Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO 13 May 2021, 23:48 Polisin xəbərdarlığına baxmayan 10 piyada cərimələndi - FOTO 13 May 2021, 23:32 “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası 13 May 2021, 23:17 Türkiyədə yoluxanlar azaldı, ölənlər artdı 13 May 2021, 23:04 ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 13 May 2021, 22:49 İsmayıllıda ağır yol qəzası - ölən var 13 May 2021, 22:35 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə GETDİ 13 May 2021, 22:27 Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək 13 May 2021, 22:18 Ermənistan-Azərbaycan gərginliyi: “Bizə aid olanların hamısını geri qaytaracağıq!” - ŞƏRH 13 May 2021, 22:03 Ermənistanla sərhəddə nə baş verir? - XİN AÇIQLAMA YAYDI 13 May 2021, 22:03 ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı 13 May 2021, 21:53 Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü 13 May 2021, 21:42