Modern.az

“Heç bir vaksin 100 faiz təsirli olmayacaq” - Boris Conson

“Heç bir vaksin 100 faiz təsirli olmayacaq” - Boris Conson

Dünya

23 Fevral 2021, 00:20

İngiltərə yoluxma və vaksinasiya sayını nəzərə alaraq, martın 8-dən etibarən mərhələli olaraq karantinin tətbiqini ləğv edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yumşaldılmanın ilk mərhələsi olaraq məktəblər açılacaq.

İyunun 21-dən etibarən məhdudiyyətlərin tamamilə ləğvi planlaşdırılır.

 

Ölkənin Baş naziri Boris Conson koronavirus təhdidinin “əhəmiyyətli səviyyədə” olduğunu bildirib:

 

“Heç bir vaksin 100 faiz təsirli olmayacaq. Karantinin ləğvi ilə daha çox yoluxma, dolayısı ilə daha çox ölüm görə biləcəyimiz gerçəyi qaçılmazdır”.

 

Baş nazir qeyd edib ki, vaksinlərin qoruya bilməyəcəyi insanlar tapılacaq:

 

“Virussuz bir dünya olmayacaq”.

 

B.Conson martın 8-dən başlayacaq yumşaldılmalarla bağlı da danışıb:

 

“Mərhələli bir plan hazırlamışıq. Hər mərhələyə keçiddə peyvəndləmə vəziyyəti, xəstəxanalardakı xəstə sayı, ölümlər, mümkün yeni ştammlarla bağlı məlumatları diqqətdə saxlayacağıq”.

 

O əlavə edib ki, məktəblərin açılmasından sonrakı yumşaldılma qərarı küçəyə çıxma yasağının ləğvi ilə bağlı olacaq:

 

“Evdə qal” qaydası martın 29-da ləğv ediləcək. Bu tarixdən etibarən açıq havadakı idman mərkəzləri yenidən açıla bilər.

 

Plana görə, aprelin 12-dən etibarən mağazalar, gözəllik salonları, manikür salonları, kitabxanalar, muzeylər, sosial məsafə şərtinə riayət etməklə, qapalı idman zalları və spirtli içki satılan yerlər açılacaq.

 

Mayın 17-dən etibarən iki ayrı ailənin üzvləri və ya altı nəfərə qədər olan qrupların qapalı məkanlarda görüşmələrinə icazə veriləcək, barlar və restoranlar açılacaq, müəyyən sayda insanlar stadionlarda idman yarışlarını izləyə biləcək.

 

İyunun 21-dən bütün məhdudiyyətlər ləğv olunacaq, izdihamlı tədbirlərə icazə veriləcək və gecə klubları fəaliyyətini bərpa edəcək.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı