Modern.az

Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA

Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA

24 Fevral 2021, 20:04

Havanın qarlı və küləkli olması bu gün məktəblərdə dərsə davamiyyətin aşağı olmasına səbəb olub. Davamiyyətin aşağı olması, eyni zamanda şaxtalı hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq sabah məktəblərdə əyani formada dərslərin keçirilib-keçirilməyəcəyi ilə bağlı da suallar yaradıb.

 

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, məktəblərdə fevralın 25-də tədrisin dayandırılması ilə bağlı qərar verilməyib:

 

"Nazirlikdə bu barədə məlumat yoxdur. Belə məlumatlar olduğu zaman onlar rəsmi şəkildə ictimaiyyətə açıqlanır" (trend).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?