Modern.az

Putin tanınmış aktyora Rusiya vətəndaşlığı verdi

Putin tanınmış aktyora Rusiya vətəndaşlığı verdi

Aktual

24 Fevral 2021, 21:47

Serbiyalı aktyor Miloş Bikoviç Rusiya vətəndaşlığına qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə müvafiq fərmanı Rusiya Prezidenti Vladimir Putin verib.

 

 

“7 ildən çoxdur ki, Rusiyanın mədəni həyatında iştirak edirəm. Bu, mənim üçün şərəf və xoşbəxtlik mənbəyidir. Bütün bu müddət ərzində özümü Rusiya ictimaiyyətinin fəal üzvü kimi hiss eləmişəm. İndi bu rəsmi şəkildə təsdiqləndi. Bu gün şərəflə deyə bilərəm: Rusiya mənim vətənimdir!”, - deyə Bikoviç sosial şəbəkədə yazıb.

 

Qeyd edək ki, 1988-ci ildə Belqradda anadan olan Bikoviç “Buz”, “Qulluqçu”, “Belqrad oteli” filmləri, “Maqomayev”, “Eleon oteli” serialları ilə məşhurdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır