Arxiv
27 Fevral 2021, 17:36 | AKTUAL
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlıq edəcək

AZƏRTAC və Küveyt Elektron Media Birliyi arasında əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına töhfə verə bilər.

Bu məsələ AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyi İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında fevralın 27-də keçirilən görüş zamanı müzakirə olunub.

Qonağa Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində torpaqları işğaldan azad edib. Otuz illik işğal dövründə düşmən həmin ərazilərdəki şəhər və kəndlərdə görünməmiş dağıntılar törədib. Eyni zamanda, məscidlər, mədəniyyət və tarixi abidələr yerlə-yeksan olunub. Hazırda azad olunmuş rayonlarda bərpa-quruculuq işləri gedir.

 

 

AZƏRTAC ilə Küveyt Elektron Media Birliyi arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını deyən Aslan Aslanov bildirib ki, birgə layihələrin həyata keçirilməsi,  müntəzəm informasiya və təcrübə mübadiləsi əlaqələrin inkişafına, xalqlarımızın bir-birini daha yaxından tanımasına vəsilə ola bilər.

 

Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlara getdiyini və orada gördüklərindən təsirləndiyini bildirən Feysəl Xəlifə əs-Savağ deyib. “Məscidlərin təhqir edilməsi qəbuledilməzdir. Bu, bütün İslam dünyasının mövqeyidir. Dünən Xocalı soyqırımının ildönümü idi. Azərbaycanın bu böyük kədərini hər zaman bölüşürük”.

Səfəri zamanı Prezident İlham Əliyevin yerli və xarici media qurumları üçün keçirdiyi mətbuat konfransında iştirak etdiyini deyən qonaq dövlət başçısının suallara sərrast və ətraflı cavab verdiyini vurğulayıb: “Məndə bir daha əminlik yarandı ki, Azərbaycan öz müstəqilliyini qorumağa qadir olan dövlətdir”.

 

 

Feysəl Xəlifə əs-Savağ AZƏRTAC-ın Küveytdə nümayəndəliyinin açılması üçün maliyyə dəstəyi göstərməyə hazır olduqlarını qeyd edib. Onun fikrincə, təmsilçilik büroları ölkələrimizin daha yaxşı tanıdılmasına geniş imkanlar yaradar.

Görüşdə, həmçinin AZƏRTAC-ın beynəlxalq media təşkilatlarında fəaliyyəti, Küveytin KUNA agentliyi, eləcə də digər ərəbdilli media qurumları ilə əməkdaşlığı barədə məlumat verilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müharibələrin ən amansızları Azərbaycana qarşı həyata keçirilib   21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14 İlham Əliyevin mesajı Rusiyaya çatdı - TƏHLİL 21 Aprel 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 21 Aprel 2021, 09:00 “Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ 21 Aprel 2021, 08:56 Deputatın ailəsinə ağır itki üz verib 21 Aprel 2021, 08:51 Ağstafada yas mərasimi təşkil edənlər cərimələnib 21 Aprel 2021, 08:45