Modern.az

Azərbaycan Ankara ilə Təl-Əviv arasında vasitəçi ola bilər - Türkiyəli deputat

Azərbaycan Ankara ilə Təl-Əviv arasında vasitəçi ola bilər - Türkiyəli deputat

1 Mart 2021, 13:07

Son günlər Türkiyə və İsrail arasındakı gərginliyə son veriləcəyi haqqında fikirlər gündəmdədir. İki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıqların olacağı haqqında iddialar səsləndirilir.


Bununla bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin deputatı Atilla Sertel hesab edir ki, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılması bölgədəki sabitliyin qorunması üçün də əhəmiyyətlidir:

“Türkiyə Böyük Millət Məclisinin  üzvləri olaraq bizlər bu nüansa çıxışlarımızda hər zaman yer vermişik. Diplomatik münasibətlər səfir səviyyəsindən aşağıya endirilsə belə, ticari əlaqələr hələ də davam edir. Bu mövzuda siyasi irəliləyiş əldə edilməsi ikitərəfli münasibətləri hər baxımdan stimullaşdıracaq”.

Atilla Sertal bildirib ki, münasibətlərin yaxşılaşdırılmasında Azərbaycan dövləti vasitəçi ola bilər. Çünki hər iki dövlət Vətən müharibəsi zamanı Azərbaycana öz dəstəyini nümayiş etdirib:

“Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətləri var. Vətən müharibəsi zamanı ölkənizin Türkiyə və İsrailin dəstəyini aldığı məlumdur. Əlbəttə ki, bu amil Azərbaycanın məsələyə köməklik etməsinə gətirib çıxara bilər. Buna baxmayaraq, iki suveren dövlət münasibətlərin yaxşılaşdırılması üçün müstəqil şəkildə iradə irəli göstərməlidir. Nəticədə qurulan əlaqələrin təməli daha möhkəm olacaq”.

Fidan Əli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır