Modern.az

Hesablama Palatası koronavirusla mübarizəyə ayrılmış vəsaitləri yoxlayır

Hesablama Palatası koronavirusla mübarizəyə ayrılmış vəsaitləri yoxlayır

3 Mart 2021, 10:54

Yeni növ koronavirus (“COVİD-19”) şəraitinin yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilmiş geniş miqyaslı və əhatəli dəstək tədbirlərilə bağlı ali audit orqanları tərəfindən həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditi aparılır.

 

Modern.az-ın məlumatına görə, bunu Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığının nümayəndə heyətini qəbul edərkən bildirib.

 

V.Gülməmmədov qeyd edib ki, bu baxımdan, Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlərin daxil edilib:

 

“Hazırda artıq bu istiqamətdə nəzarət tədbirinin həyata keçirilir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?