Modern.az

Marketin damı qaz xəttinin üstünə aşdı, 600 abonent qazsız qaldı

Marketin damı qaz xəttinin üstünə aşdı, 600 abonent qazsız qaldı

7 Mart 2021, 12:23

Marketin damı qaz xəttinin üstünə aşıb. Bu barədə Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev öz şəxsi facebook səhifəsində yazıb.

 

Modern.az Ruslan Əliyevin əhaliyə müraciətini təqdim edir:


"Əziz facebook izləyiciləri,
Martın 7-də Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur. Sözsüz ki, bəzən bu cür vəziyyət qaz təsərrüfatına da ziyansız ötüşmür. Xəzər rayonu Binə qəsəbəsi Sovxoz ərazisi deyilən yerdə, "Qardaşlar" marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb.

 

Müvəqqəti olaraq təbii hadisə səbəbindən 600 abonentin qaz təchizatında fasilə yaranıb. Tapşırıq vermişəm ki, tezliklə fəsadlar aradan qaldırılsın, qaz təchizatı bərpa olunsun".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür