Modern.az

\"Osasuna\" ilə oyunda \"Barsa\"dan rekord göstərici

\

7 Mart 2021, 15:28

İspaniya La Liqasının 26-cı turunda “Osasuna”nı məğlub edən (2:0) “Barselona” unikal göstəriciyə imza atıb.

 

Modern.az xəbər verir ki, katalonların  qollarını Jordi Alba və İlas Moriba vurub.

 

Bununla da “Barselona”nın bir mövsümdə 19 yaşınadək üç futbolçusu –  Ansu Fati, Pedri və Moriba  qol vurmağı bacarıb. Bu, La Liqada rekord göstəricidi.

 

Qeyd edək ki, hazırda “Barcelona” 56 xalla turnir cədvəlində ikinci sıradadır. Lider “Atletiko”nun isə 58 xalı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!