Modern.az

Üzümüzə gülüb canımızı alan DÜŞMƏNLƏR

Üzümüzə gülüb canımızı alan DÜŞMƏNLƏR

27 Mart 2021, 19:23

Şəkər, şəkər tozu, konfet, şokolad, şəkərbura, paxlava, tort, qorabiyə, şirin çay, şirin sular, süni şirələr və sairə... Adamın üzünə gülə-gülə onun canını alan düşmənin tam olmayan siyahısı belədir. Biz dünyaya gələn gündən analar ağzımızı bu zəhərlərə öyrədirlər. Hamısı da dadlı, ləzzətli... Hamısı da sağlamlığın ən qəddar düşmənləri...

Elə bir orqan, elə bir sistem yoxdur ki, tərkibində şəkər olan qida onu darmadağın eləməsin. Ondan başlayaq ki, şəkər sümüklərin, dişlərin, vətərlərin, saçın, gözün, qığardağın əsas qidası olan KALSİUMU məhv edir, qanda kalsium qıtlığı yaradır. Şirniyatpərəst uşaqların dişlərinin çürüməsi, gözlərinin pis görməsi, saçının seyrək olması və tez tökülməsi məhz şəkərə və tərkibində şəkər olan məmulatlara olan “məhəbbətinin” acı nəticəsidir.

Dişlərin tökülməsi, çarəsizlikdən salınan, lakin təbii dişləri əvəz edə bilməyən protez dişlər birinci növbədə mədə-bağırsaq traktının sıradan çıxmasına, bu da ürək-damar və digər xəstəliklərin törəməsinə gətirib çıxarır. Tibb elminin sağalda bilmədiyi şəkərli diabet də, adından göründüyü kimi şəkərlə bağlıdır. Artıq çəki yaranması da şəkərdəndir. Şəkərin törətdiyi fəsadlardan saatlarla danışmaq olar.

Bizə şəkər lazımdırmı? Bəli. Şəkər ən böyük enerji mənbəyidir. Amma baxar hansı şəkər. Bizə təbii şəkildə FRUKTOZA lazımdır. O da yalnız bitkidə mövcuddur. Təbii şəkəri də norma çərçivəsində qəbul etmək və onun müqabilində kifayət qədər (şəkərli qidanın 2,5 misli qədər) çiy su içmək lazımdır.

Şəkərli diabet xəstəlik deyil, qeyri-sağlam həyat tərzinin nəticəsidir. Şəkərin 1 nömrəli dərmanı - çiy su və fiziki hərəkətdir. İnsan gündə 8-10 kilometr yol qət etsə, bədəndə olan bütün fəsadlar, o cümlədən, artıq şəkər də yanar.

Bir daha yada salıram: mən xəstə müalicə etmirəm. Xəstə yalnız bir halda sağala bilir: özü özünün həkimi olanda. Bütün dərdlərin dərmanı olan Sağlam Həyat Tərzinin alternativi yoxdur. AXTARMAYIN!


Ərşad Əzimzadə,
“Ana Təbiət” NGM-nin rəhbəri,
yazıçı-jurnalist. 28.03-2021

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır