Modern.az

Operativ Qərargahın peyvəndlə bağlı iclası keçirildi - FOTO

Operativ Qərargahın peyvəndlə bağlı iclası keçirildi - FOTO

İqtisadiyyat

31 Mart 2021, 19:35

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

 

Nazirlər Kabinetindən Modern.az-a bildirilib ki, iclasda Qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər.

 

İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti – yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub.

 

Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

 

Peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi