Modern.az

Dünyada ədalətsiz vaksin bölgüsü – DƏHŞƏTLİ STATİSTİKA

Dünyada ədalətsiz vaksin bölgüsü – DƏHŞƏTLİ STATİSTİKA

Dünya

9 Aprel 2021, 14:09

Dünyada koronavirusa qarşı peyvəndləmə kampaniyası davam edir.

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, dünya ölkələri arasında peyvəndləmə qeyri-bərabərlik şəraitində aparılır.

 

Dünya əhalisinin 11%-nin yaşadığı 27 ən inkişaf etmiş ölkəsində COVID-19-a qarşı peyvənd olunanların 40%-i düşür. Bu göstərici yoxsul ölkələrlə müqayisədə 25 dəfə çoxdur. Ümumi peyvənd olunanların 1,6%-i Yer kürəsi sakinlərinin 11%-nin yaşadığı ən yoxsul  ölkələrin payına düşür.

 

Hazırda Yer kürəsi əhalisinin 5%-i peyvənd olunsa da, onların sayı varlı və kasıb ölkələr arasında qeyri-bərabər bölünüb.

İndiyə kimi dünyanın 154 ölkəsində 726 milyondan çox vaksin vurulub.

 

Planet sakinlərinin 4,3%-nin yaşadığı ABŞ-a peyvənd olunanların 24%-i düşürsə, 2,7% Yer kürəsi sakininin yaşadığı Pakistanda cəmi 0,1% insana peyvənd vurulub.

 

Yaxın 3 ay ərzində ABŞ sakinlərinin 75%-nin peyvənd olunacağı halda, bütövlükdə, dünyanın yarıdan çox ölkəsində vaksinasiya 1%-ə də çatmayıb. Bu statistika hələ də peyvənd olunan sakinlərinin sayını açıqlamayan 40-dan çox ölkəni nəzərə almır.

 

“Dünyada vaksinin ədalətli bölgüsünü təmin edən mexanizm yoxdur. Lakin əgər ölkələrin əhali sayına düz mütənasib bölgü olardısa, onda ABŞ indikindən 6 dəfə, Böyük Britaniya isə 7 dəfə az vaksin dozası alardı. Vaksin almaqla bağlı problem yaşayan Avropa Birliyi ədalətli bölgünü 2 dəfə, Birləşmiş Ərəb Əmirlikləri 9, İsrail isə 12 dəfə çox pozub.

Afrikaya gəlincə, “qara qitə”nin 54 ölkəsindən yalnız 3-ü əhalisinin 1%-ni vaksinasiya edib. 20 ölkədə isə vaksinasiya prosesi ümumiyyətlə başlamayıb",-deyə agentlik bildirib.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!