Modern.az

Messi Ramosun rekordunu yenilədi

Messi Ramosun rekordunu yenilədi

Aktual

11 Aprel 2021, 00:38

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi yeni nailiyyətə imza atıb.

 

Modern.az xəbər verir ki, argentinalı hücumçu "Real Madrid"ə qarşı 45-ci dəfə meydana çıxıb. Bu, La Liqada XXX turun səfər oyununa təsadüf edib.

 

Əvəzində "kral klubu"nun müdafiəçisi Serxio Ramos zədə üzündən görüşü tribunadan izləyir. Ona görə də Messi "El-Klassiko"larda oyun sayında Ramosla bərabərləşib.

 

"Barselona"nın kapitanının "Real Madrid"ə qarşı ilk oyunu isə 19 noyabr 2005-ci ildə olub və Kataloniya komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü