Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin aprelin 12-də keçiriləcək iclasında Qarabağda sülhə nail olunmasının Cənubi
Qafqazda təhlükəsizliyə təsiri müzakirə ediləcək.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edən Şalva Lomidzenin mövzu ilə bağlı məruzəsi dinləniləcək.
Komitənin iclası jurnalistlər üçün qapalı olacaq.