Modern.az

ABŞ-ın Nebraska ştatında atışma: ölən var

ABŞ-ın Nebraska ştatında atışma: ölən var

Dünya

18 Aprel 2021, 10:29

ABŞ-ın Nebraska ştatının Omaha şəhərində baş vermiş silahlı insident zamanı azı bir nəfər ölüb.

 

Modern.az-ın TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin internet saytında məlumat yer alıb.

 

Hüquq-mühafizə orqanları tərəfindən yayılan məlumata görə, naməlum şəxs ticarət mərkəzlərindən birinin birinci mərtəbəsində atəş açıb. Güllə yarası alan iki nəfər xəstəxanaya aparılıb, ancaq onlardan biri ölüb.

 

İnsidenti törədən şübhəli cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Hazırda polis onu axtarır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu