Arxiv
19 Aprel 2021, 12:37 | ANALİTİKA
Separatçıların “yaş həddi” və Paşinyanın ordu islahatı: Qarabağda nələr gözlənilir?

Qarabağdakı separatçı-terrorçu rejim aprelin 16-da qondarma “hərbi xidmət və hərbi qulluçuların statusu haqqında qanuna” dəyişiklik edib və müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi 55 yaşa qaldırılıb.


55 yaşa qədər erməni kişi və qadınlar separatçıların “peşəkar ordu” dediyi silahlı qruplaşmalarda əlinə silah alacaq. Bunun iki səbəbi var.


Birincisi: Qarabağdakı “peşəkar ordu” adı altında formalaşdırılan silahlı qruplaşmada canlı qüvvənin çatışmazlığıdır;


İkincisi, Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmasına hazırlıq gedir.


Separatçılar silahlı qruplaşma yaratmaq niyyətini açıqlayıb. Bu qruplaşmaya rəhbərlik edən Vitali Balasanyan bildirib ki, “peşəkar hərbi birliklər” yaratmaq istiqamətində iş aparılır.


Belə qruplaşma erməni silahlı birləşmələrinin çıxarılmasından sonrakı dövr üçün nəzərdə tutulur. Canlı qüvvənin təmin edilməsinə hesablanan yaş həddinin artırılması isə çıxarılma prosesinin başlandığı, yaxud hazırlıq getdiyi ehtimalını önə çıxarır.


Bu “dəyişiklik qərarı” fonunda Ermənistanda Nikol Paşinyanın orduda xidmət müddətinin azaldılmasını seçki vədləri sırasına daxil etməsi diqqət çəkir. Nikol Paşinyan deyir ki, “hərbi xidməti cəlbedici etməli, müddəti azaltmalıyıq, gənclərin döyüş bacarıqlarına yiyələnməsi üçün hər 5 ildən bir üç aylıq təlim yetərlidir”.


Bu vəd müharibədən qorxan erməni valideynlərinin səsini qazanmaq gedişidir. Ermənistanda hərbçi ailələrinin yaxınlarının Qarabağdan qaytarılması tələbi fonunda Paşinyanın erməni hərbi birləşmələrini seçki öncəsi çıxarmaqla əsgər validenyləri və hərbçi ailələrinin də səsini qazanmaq gedişi edə biləri gözləniləndir.


Lakin Ermənistan silahlı qüvvələrində ixtisarların aparılacağı, xüsusilə Qarabağdan çıxarılacaq hərbçilərlə müqavilələrin yenilənməyəcəyi xəbərləri fonunda Paşinyan səs itirməmək və opponentlərinin əlinə ittiham mövzusu verməmək üçün fərqli gediş edə bilər:

ya çıxarılma prosesi seçkidən sonra həyata keçiriləcək (Ermənistandakı seçkiləri maraqlarımız istiqamətində yönləndirmək istəyən Bakı ilə razılaşma mümkün görünür);

ya da çıxarılma prosesinin rəsmi elanını seçkidən sonraya saxlayacaq.


Proseslərin inkişafının 10 noyabr razılaşmasının 4-cü maddəsinin icrası istiqamətində olduğunu deyə bilərik və bunun reallaşması əlimizi gücləndirəcək:

1. Ermənistanın Qarabağda hərbi varlığına son qoyulması ilə rəsmi İrəvanın bölgəyə təsiri minimuma enəcək.

2. Azərbaycan separatçıların yaradacağı “hərbi birlikləri” qanunsuz silahlı qruplaşma elan edəcək, ölkə qanunvericiliyi və beynəlxalq hüquq buna imkan verir.

3. Azərbaycan Monitorinq Mərkəzində təmsil olunan Türkiyənin dəstəyi ilə rusların qarşısına şərt qoya bilər: qanunsuz silahlı qruplaşma ləğv edilməlidir, əks təqdirdə, ölkə sərhədləri daxilində anti-terror əməliyyatı keçirə bilərik.

4. Mümkün anti-terror əməliyyatında qarşımızda 50-55 yaşlı əlisilahlı terrorçular olacaq.


Və ən mühümü Ermənistanın Qarabağdakı hərbi mövcudluğunun başa çatması Azərbaycanın Xankəndində idarəçiliyinin təmin edilməsi istiqamətində addımlarının önünü aça bilər.

 

Asif Nərimanlı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07