Modern.az

İnsan alverinə səbəb olan erkən nikahların qarşısı alınmalıdır - Deputat

İnsan alverinə səbəb olan erkən nikahların qarşısı alınmalıdır - Deputat

23 Aprel 2021, 12:12

"Ölkədə asayişin qorunmasına görə Daxili işlər nazirliyinə təşəkkürümüzü bildiririk. Görülmüş işləri müsbət qiymətləndirirəm. Hesabata səs verəcəm"

 

Modern.az xəbər verir ki, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Musa Quliyev deyib.

 

Deputat insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı ilə bağlı bəzi fikirlər səsləndirib:

 

"Dövlət olaraq strukturlara və yeniliklərə açığıq. İnsan alverinin genişləndirilməsinin qarşının alınması ilə bağlı xeyli işlər görülüb. Hesab edirəm ki, Milli koordinatorun və işçi qrupunun Ombudsmanla iş planını cəmiyyət olaraq görməliyik. İnsan alverinə səbəb olan erkən nikahlar, işsizlik kimi hallardır ki biz bunları araşdırmalıyıq. Boşanmalardan sonra uşaq ananın nəzarətində qalır. Bu zaman aliment problemləri yaranır"

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər