Modern.az

Heydər Əliyevlə bağlı məqalələr İtaliya mətbuatında 

Heydər Əliyevlə bağlı məqalələr İtaliya mətbuatında 

Aktual

10 May 2021, 19:17

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı İtaliyanın nüfuzlu “İnsideover” və “Lo Spessore” analitik-xəbər portallarında məqalələr dərc olunub.

 

Modern.az xəbər verir ki, jurnalist Emanuel Pietrobonun “İnsideover”də dərc olunmuş “Heydər Əliyev, müstəqil Azərbaycanın qurucusu” adlı məqaləsində müəllif Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini təhlil edir. Yazıda müəllif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü dövlətə çevrildiyi, yüksək iqtisadi nailiyyətlər əldə etdiyi, Türkiyə, İtaliya, Çin, İsrail kimi müttəfiq və strateji tərəfdaşlarının olduğu, strateji enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı olduğu, Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdiyini bildirir və bu uzun yolun mənbəyinin haradan başlandığını anlamaq üçün müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev irsinin təhlil edilməsinin vacib olduğunu qeyd edir.  Məqalədə Ümummilli Liderin sovet dönəmində Azərbaycana liderliyi vaxtı respublikanın əldə etdiyi önəmli nəticələr, onun SSRİ-nin ali rəhbərliyindəki xidmətləri və Azərbaycanın dövlət müstəqilliyinin  bərpası vaxtı üzləşdiyi ağır vəziyyətdən ölkəni xilas etmək, sabitlik və inkişaf istiqamətində irəliləməsinin təmini istiqamətində atdığı addımlar barədə danışılır. Müəllif Ulu Öndərin müstəqil Azərbaycanın dövlət idarəetmə sisteminin qurulması, beynəlxalq əlaqələr sisteminə inteqrasiyası, ölkənin müstəqil xarici siyasətinin, enerji strategiyasının formalaşması və həyata keçirilməsində əvəzsiz xidmətlərini təhlil edir.

 

Jurnalist Domeniko Letizianın “Lo Spessore”də dərc olunmuş “Heydər Əliyevin anadan olunmasının ildönümü azad olunmuş torpaqların yenidən qurulması dövründə” adlı məqaləsində müəllif Ulu Öndərin hələ sovetlər dönəmində Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasında, cəmiyyətdə milli məfkurənin güclənməsindəki xidmətlərinə diqqəti yönəldir. Məqalədə Ümummilli Liderin ölkənin beynəlxalq əlaqələrinin inkişafı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşının alınması istiqamətində fəaliyyətindən danışılır. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-İtaliya münasibətlərinin əsasının qoyulmasında Ulu Öndərin xidmətlərindən bəhs edilir. Məqalədə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə, bunun ölkənin davamlı inkişafında yeni mərhələ açması, azad olunmuş ərazilərdə böyük yenidənqurma işlərinin aparılması barədə danışılır və bütün bunların Ümummilli Liderin siyasətinin təntənəsi olduğu bildirilir.

 

Məqalələrlə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

 

//it.insideover.com/schede/politica/chi-era-heydar-aliyev-il-fondatore-dellazerbaigian-indipendente.html

 

//www.lospessore.com/10/05/2021/lanniversario-di-heydar-aliyev-nellera-della-ricostruzione-dei-territori-liberati/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır