Arxiv
16 May 2021, 16:25 | AKTUAL
Ermənistan Zəngəzura Çini də gətirmək istəyir? - TƏHLİL

Modern.az saytı “Atlas” Araşdırmalar Mərkəzinin təhlilini təqdim edir:


- Еrмənistan Zəngəzur dəhlizinə görə narahatdır. Prezident İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də Zəngəzurdan dəmir yolu çəkəcəyik” açıqlaması İrəvanda geniş müzakirələrə səbəb olub. Ermənistanda bu gün Qarabağ mövzusundan çox Zəngəzurun gələcək taleyindən danışırlar.


Ermənistandakı müxtəlif qruplar son zamanlar Rusiyanı tənqid etməyə başlayıblar. Onların fikrincə, Rusiya Ermənistanı Azərbaycandan qorumur. İrəvan çox istəyərdi ki, Rusiyanın həm Zəngəzurda yeni hərbi bazası olsun, həm də rusiyalı sərhədçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Çünki özlərinin buna nə gücü, nə də maliyyəsi çatır. Moskva prinsip etibarilə İrəvana “yox” deməyib. Ancaq Moskva baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hər istədiyini anında yerində yetirməkdən də uzaqdır. Buna görə də Ermənistandakı bəzi siyasətçilər son günlər Rusiyaya əvəz axtarmağa başlayıblar. Bu sırada əsas adı çəkilən dövlət Fransadır.


Paris birmənalı ermənipərəst mövqe tutub. Fransa prezidenti Emmanuel Makron ermənilərə dəstəyini müxtəlif formalarda göstərir. Ancaq Fransa bölgədən uzaqdır və Rusiyanın Ermənistandakı hərbi bazalarını əvəz etmək kimi fikri yoxdur. Ermənistanın bəzi qərbpərəst siyasətçiləri ara-sıra ABŞ-ın da adını çəkirlər. Yəni ABŞ Rusiyanın Ermənistandakı hərbi bazalarını əvəz etsin. Bu da xülyadan başqa bir şey deyil. Əlbəttə, Amerikada ermənipərəst mövqedən çıxış edənlər az deyil, ancaq onlar Ağ Ev və Pentaqonu Ermənistanda hərbi baza yaratmağa məcbur edə bilməzlər. Həm də bu Amerikanın prinsiplərinə ziddi olar. Amerika nə qədər ermənilərə dəstək versə də, Ermənistan Rusiyanın formalaşdırdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Birincisi, Ermənistan hakimiyyəti Amerikaya hərbi baza istəyi ilə bağlı Vaşinqtona müraciət etsə, İrəvan Moskvadan alacağı zərbənin miqyasını hesablamaq məcburiyyətində qalacaq. İkincisi, Gürcüstan ABŞ-a Ermənistandan daha yaxın strateji müttəfiqdir, Pentaqonun heç bu ölkədə hərbi bazası yoxdur, halbuki, Tbilisi bunu çoxdan istəyir.


Ermənistanda Rusiyanı əvəz “edəcək” üçüncü ölkəni də “tapıblar” – Çin. Erməni saytlarından birinin redaktoru yazıb ki, Ermənistana Sünikdə (Zəngəzurda) Çinin hərbi bazası lazımdır: “Çinin hərbi bazası Rusiyanın hərbi bazasını əvəz etməyəcək. Çinin hərbi bazası Rusiyanın hərbi bazasıyla qonşuluqda yerləşməlidir. Belə bir praktikadan Qətər dövləti də istifadə edir. Bu ölkədə ABŞ-ın - 1, Böyük Britaniyanın – 1, Türkiyənin – 2 hərbi bazası var”.


Erməni saytının redaktoru Çinin Ermənistanda hərbi bazasının varlığını bu şəkildə izah edib: “Birincisi, İran öz sərhəddində Rusiya ilə yanaşı yalnız Çinin hərbi bazasının yaradılmasına müsbət yana bilər. Misal üçün ABŞ və Fransa Ermənistanda hərbi baza yaratmaq istəsə, bu İranın narazılığına səbəb olacaq, Tehranla İrəvan arasındakı münasibətlərdə gərginlik olacaq. İkincisi, Çinin Ermənistanda hərbi baza yaratması Çin-İran-Ermənistan-Gürcüstan dəmiryolunun tikintisini sürətləndirə bilər. Üçüncüsü, İran Çinlə 25 illik strateji saziş imzalayıb. Çin İrana milyardlarla dollar investisiya qoyacaq. Çin həmin investisiyaların təhlükəsizliyini təmin etmək üçün İranın ətrafının da təhlükəsizliyini gücləndirmək məcburiyyətindədir. Dördüncüsü, Çinin Ermənistanda hərbi bazası Rusiyanın da maraqlarına uyğundur, Moskva və Pekin Türkiyənin bölgədəki maraqları əleyhinə birgə fəaliyyət göstərəcəklər”.


Erməni redaktorun təxəyyülü güclüdür. Çinin hərbi qüdrəti artsa da, o başqa dövlətlərdə hərbi bazalar yaratmır. Çin yalnız ətrafında hərbi qüdrətini artırır və okeanlarda iddia etdiyi adalarda hərbi bazalar yaradır. Digər tərəfdən Çində onu da anlayırlar ki, Ermənistanda hərbi baza yaratsalar, Azərbaycanla və Türkiyə ilə əməkdaşlığı zərbə vuracaqlar və bu Pekinin maraqlı olduğu “İpək yolu” layihəsinə mənfi təsir edəcək. Digər tərəfdən Ermənistanın Çinlə hərbi ittifaq yaratması ideyası Hindistanın xoşuna gəlməyəcək. Onsuz da İrəvanda hindlilərin əfsanəvi lideri Mahatma Qandinin heykəlinin yandırılması Hindistan mətbuatında tənqid olundu.


Buna baxmayaraq, Ermənistan rəsmilərinin və diplomatlarının Çinin İrəvandakı səfiri ilə tez-tez görüşmələri müəyyən suallar doğurur. Misal üçün Çinin Azərbaycandakı səfiri Çinin Ermənistandakı səfiri qədər fəal deyil.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?