Arxiv
17 May 2021, 15:37 | AKTUAL
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya tarixi-siyasi mesajdır

“Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması böyük milli əhəmiyyətə malik olmaqla yanaşı, bütün dünyaya ünvanlanmış  tarixi-siyasi mesajdır. Bu Azərbaycan xalqının öz tarixinə, ənənələrinə, mədəniyyətinə sonsuz ehtiramının ifadəsi, Vətən müharibəsində əldə etdiyi böyük zəfərin ictimai düşüncəmizdə, milli yaddaşımızda fövqəladə yerinin olduğunun sübutudur”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

Deputat hesab edir ki, Azərbaycan Prezidentinin sərəncamı həm də Ermənistanda revanşist bəyanatlar verən bəzi siyasi dairələr üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarını müxtəlif cür təfsir etmək, hətta təftiş etmək cəhdləri onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistanı daha böyük və həlli mümkün olmayan problemlərlə üz-üzə qoya bilər: “Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmədi. Həm də region ölkələrinin, eləcə də Cənubi Qafqazdakı real güclərin konfiqurasiyasını dəyişdi. Ermənistanda revanşist xülyalarla çıxış edənlər, real mənzərəni görə bilməyənlərdir. Dövlətlər arasında mübahisə və ziddiyyətlər bəyanatlarla, populist çağırışlarla həll olunmur. Burda real iqtisadi güc, geosiyasi mənzərə, hərbi potensial və bunlarda heç də az əhəmiyyət kəsb etməyən demoqrafik amillər həlledici rola malikdir”.

 

Malik Həsənov hesab edir ki, indiki reallıqda Azərbaycan və Ermənistanın iqtisadi imkanları müqayisə olunmayacaq dərəcədə fərqlənir. Müharibədə Ermənistan ordusu tamamilə məhv edildiyindən iki ölkənin hərbi potensialını da müqayisə etmək üçün əsas yoxdur: “Geosiyasi reallıqlara gəldikdə isə, Ermənistanın öz qonşularının ikisi ilə diplomatik əlaqələri yoxdur, həm Azərbaycan, həm də Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir. Eyni problem bir qədər yumşaq və gizli formada Gürcüstanla da yaşanır. İran və Rusiya ilə münasibətlərə gəlincə isə, Ermənistanın bu münasibətləri Azərbaycana qarşı yönəltmək imkanları yoxdur. Çünki məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Rusiya Azərbaycanı özünün strateji tərəfdaşı, İran isə etibarlı dostu hesab edir. Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı vəziyyəti də hər kəsə məlumdur”.

 

Deputat, demoqrafik amillərin də regionun gələcəyinə kifayət qədər ciddi təsirə malik olduğunu vurğulayıb: “Azərbaycan əhalisi ildən-ilə artır. Azərbaycanda ötən il 165 mindən çox şagird birinci sinfə gedib. Ermənistanda isə bu rəqəm heç 40 minə belə çatmamışdı. Üstəlik ölkədən miqrasiya edənlərin sayı sürətlə artır. Pandemiyanın bitməsindən sonra bunun qarşısıalınmaz kütləvi bir prosesə çevriləcəyi proqnozlaşdırılır. Demoqrafik amillər dövlətin nəinki inkişafı üçün, həm də mövcudluğunu qorumaq üçün çox ciddi və həlledici önəmə malikdir”.

 

Deputat qeyd edib ki, Azərbaycan bütün istiqamətlər üzrə Ermənistandan bir neçə dəfə üstündür. Ona görə də Ermənistan siyasi elitası daha çox mövcud şərtlər daxilində öz dövlətini qorumağın yolları barədə düşünməlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR 19 İyun 2021, 13:44 AKP-nin mətbuat katibi: “Şuşa türk dünyasının qəlbinin döyündüyü yerdir” 19 İyun 2021, 13:27 Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?