Modern.az

Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama

Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama

17 May 2021, 18:14

Gürcüstanda baş verən insident tamamilə məişət zəmində olan bir hadisədir, burada heç bir etnik amil yoxdur. Azərbaycan ilə Gürcüstan arasında möhkəm əməkdaşlığı və tərəfdaşlığı istəməyənlər bu hadisəni millətlərarası münaqişə kimi qələmə verməyə çalışırlar.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib. O bildirib ki, bu insident tamamilə məişət zəmində baş verib, burada heç bir etnik amildən söhbət gedə bilməz:

 

“Bütün cəhdlər mənasızdır. Məişət zəmnində baş verən hadisə olduğuna görə tərəflər arasında barışığın əldə olunması ilə bağlı iş aparılır. Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələni diqqətdə saxlayır, hüquq-mühafizə orqanları ilə lazımi işləri görür. Gürcüstanda yaşayan azərbaycanlılar baş verən insidentə təmkinlə yanaşmalı, təxribatlara uymamalıdırlar”.

 

Arzu Nağıyev qeyd edib ki, artıq tərəflər arasında danışıqlardan sonra barışıq əldə olunub.

 

Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?