Modern.az

Hacıqabulda ağır qəza - 1 ölü, 3 yaralı

Hacıqabulda ağır qəza - 1 ölü, 3 yaralı

18 May 2021, 08:35

Hacıqabulda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Hacıqabul şəhəri ilə Bakı-Qazax magistralının kəsişməsində baş verib.

 

"Mercedes" markalı yük avtomobili "Ateko" markalı avtomobillə toqquşub.

 

Nəticədə Tovuz sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğluhadisə yerində ölüb, Tovuz rayinunun Əyyublu kənd sakini, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və 1995-ci il təvəllüdlüHuseynov Elşən Fazil oğlu yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı