Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.
Modern.az xəbər verir ki, bunu "Azərbaycanda Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.
N. Bayramova qeyd edib ki, qatar istifadəyə tam hazırdır.
"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".
Qurum rəsmiainin sözlərinə gör, Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcək:
"Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm Azərbaycan Dəmir Yollarının rəsmi saytında, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".