Modern.az

AZƏRTAC-ın və AzTV-nin əməkdaşları minaya düşüb həlak oldular

AZƏRTAC-ın və AzTV-nin əməkdaşları minaya düşüb həlak oldular

Media

4 İyun 2021, 12:35

AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov minaya düşüb.

Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedərkən baş verib. 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov bildirib:

 

"AzTV-nin operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Yaralananlar var.

 

Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!

 

Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!",-R.Məmmədov bildirib.


ANAMA-dan Modern.az-a bildirilib ki, araşdırma aparılır...



Allah rəhmət eləsin! 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...