Modern.az

Dünya universitetləri tarixində ilk - Çoxsaylı tələbə imtahana niyə buraxılmadı?

Dünya universitetləri tarixində ilk - Çoxsaylı tələbə imtahana niyə buraxılmadı?

Təhsil

7 İyun 2021, 17:36

"4700 deyil, 698 tələbə imtahana buraxılmayıb"

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 4700 tələbəsi yaz sessiyasının yekun imtahanlarına buraxılmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə AzMİU tələbələri sosial şəbəkələrdə məlumat yayıblar. Onlayn dərslərə qatılmayan tələbələrin qaib problemi ilə üzləşdiyi və heç bir xəbərdarlıq edilmədən imtahandan kəsildiyi qeyd olunub.

 

Tələbələr iddia edirlər ki, ötən il onlayn dərslərlə bağlı qaib limiti olmayıb. B u il isə yeni qaydalarla bağlı onara məlumat verilməyib və tələbələr ötən ilin qaydalarına uyğun hərəkət ediblər.

 

Universitetin mətbuat xidməti isə Modern.az-a məlumatı təkzib edib. AzMİU-dan saytımıza bildirilib ki, universitetdə 9000-ə yaxın tələbə təhsil alır və onun cəmi 6000-ə qədəri əyanidir:

 

“Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) iyunun 2-dən etibarən yaz semestrinin imtahan sessiyasına start verilib. Pandemiya səbəbindən onlayn keçirilən semester imtahanları iyulun 5-də yekunlaşacaq. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın əmrinə əsasən, imtahan sessiyası təsdiq olunmuş cədvələ uyğun olaraq distant (məsafədən) formada, magistratura səviyyəsində test və şifahi, bakalavr səviyyəsində yazılı və test üsulu ilə keçiriləcək.

 

Buraxılış kurslarında təhsil alan tələbələr dövlət imtahanlarını 25.06 - 05.07.2021-ci il tarixlərində test formatında verəcəklər, buraxılış işləri və magistr dissertasiyalarının müdafiələri isə 21.06- 05.07.2021-ci il tarixlərində onlayn qaydada təşkil olunacaq. Qiyabi qruplarda təhsil alanların diqqətinə çatdırmaq istəyirik ki, yaz imtahan sessiyası 05.07-15.07.2021-ci il tarixlərində keçiriləcək.

 

Bu günə qədər 267 qrup üzrə 42 imtahan keçirilib, bu imtahanlarda toplam 6341 tələbə iştirak edib. Məlumat üçün onu qeyd edək ki, bu semestrdə əyani qruplarda 1, 2 və 3-cü kursda təhsil alan 5500 (bakalavr və magistrlər) tələbə yaz imtahan sessiyasında iştirak etmək hüququ qazanıb, 698 tələbə müəyyən fənlərdən 50 faizlik qaib limitini keçdiyi üçün həmin fənlərin imtahanlarına buraxılmayıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir